TEST

Şüuraltımızda nələr var? – TEST

Baxış sayı: 1. 165

Aşağıdakı cümlələri oxuyun və  xəyalınızda canlandırmağa çalışın. Cavablar üzərində çox düşünməyin, ağlınıza ilk gələn ilk cavabı kağıza qeyd edin.

 

1) Meşənin içi ilə gedirsiniz. Yanınızda kim var?

2) Meşə ilə gedərkən qarşınıza bir heyvan çıxır. Bu necə heyvandır?

3) Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanır? (Aqressiv və ya mülayim)

4) Meşənin içində bir az daha gedərkən bir açıqlığa çıxırsınız. Qarşınızda xəyalınızdakı ev dayanıb. Bu evi təsvir edin.

5) Xəyal etdiyiniz evin ətrafında sarmaşıqlar var mı?

6) Evə daxil olursunuz. Yemək otağına girirsiniz və yemək masasını görürsünüz. Masanın üstündə və ətrafında nə var?

7) Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində bir qab görürüsünüz. Qabın materialı nədəndir? (taxta, şüşə, kağız, dəmir və s.)

8) Qabın vəziyyəti necədir? (qırıq, sağlam, möhkəm, yeni, köhnə). Qab ilə nə edirsiniz?

9) Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında görürsünüz. Hansı tip su? (göl, çay, okean və s.)

10) Sudan qarşı tərəfə necə keçirsiniz? (islanırsız və ya quru?)

TEST

 

Indi cavablara nəzər salaq:

1) Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adamdır.

2) Heyvanın böyüklüyü şəxsi problemlərinizi nə qədər böyük gördüyünüzü ifadə edir.

3) Heyvan ilə aranızda baş verən qarşılaşma problemlərinizlə necə baş etdiyinizin göstəricisidir. (aktiv və ya passiv, aqressiv və ya sakit)

4) Xəyalınızdakı evin böyüklüyü problemlərinizi həll etməyə nə qədər istəkli olduğunuzu göstərir.

5) Evin ətrafında sarmaşıqların olması öz dünyasına  qapalı insanı təmsil edir. Insanların evinizə gəlməzdən əvvəl zəng edib xəbər verməsini istəyərsiniz.  Əgər ev ətrafında sarmaşıq yoxdursa deməli açıq insansınız. Insanlar hər zaman evinizi ziyarətə gələ bilirlər.

6) Əgər yemək otağında insanlar və çiçəklər yoxdursa ümumiyyətlə neqativ bir insansınız.

7) Qab nə qədər möhkəm materialdandırsa, demək birinci sualdakı yoldaşınızla münasibətləriniz bir o qədər möhkəmdir. Məsələn kağız, şüşə dayanıqlı deyil. Bunun əksinə olaraq metal və ya plastik dayanıqlıdır.

8) Qab ilə nə etdiyiniz birinci sualdakı yoldaşınızla olan rəftarınızı əks etdirir. Məsələn qab misdən hazırlanmış və içi su ilə doludursa, siz onu evə aparırsınızsa bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər. Demək, münasibətləriniz möhkəmdir. Halbuki qab saxsı və qırıq isə, siz də parçaları evdən kənara atırsınızsa bu adamla münasibətdə  problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərər.

9) Suyun böyüklüyü sizin məhəbbətinizin böyüklüyüdür.

10) Sudan qarşı tərəfə keçərkən nə qədər islandığınız məhəbbət həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir