baliq-735x400

Tərəvəzli balığı necə hazırlamalı? – RESEPT

Baxış sayı: 1. 016

Əgər siz də günə “bu gün nə bişirim?” sualı ilə başlayan xanımlardansınıızsa, onda “Gencaile.az” saytının bu yazısı məhz sizin üçündür. Bu gün sizə tərəvəzli balıq hazırlamağın qaydasından bəhs edəcəyik.

 

İçindəkilər

Kərə yağı – 1 x.q.

Ağ ətli balıq – 4 ədəd

Çörək – 2 dilim

Sürtgəcdən keçirilmiş holland pendiri – 50 qr.

Xardal – 1 x.q.

Kök – 2 ədəd

Kartof – 4 ədəd

Bibər – 1 ədəd

Duz, istiot

 

Hazırlanması

Balıqları təmizləyib yuyun. Suyunu süzüb üzərlərinə duz, istiot səpin. 5-10 dəqiqə marina edin. Balıqların hər iki tərəflərinə kərə yağı çəkib alimunium kağıza bükün. Orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Çörəyin içini ovub alimunium folyaya səpin, sobada qızardın. Sobadan götürün çörəkləri pendir və xardalla qarışdırın. Balıqları soba qabına düzün, hazır olan çörəkli qarışımı balıqların üzərinə yayın. Yenə orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Kök və kartofları təmizləyin, kök və bibəri uzun, kartofu isə iki yerə bölərək doğrayın. Hamısını duzlu suda 10 dəqiqə bişirin. Balıqları sobdan çıxarıb servis qabına qoyun, tərəvəzlərlə birlikdə servis edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir