YATMAQ

Telefonu yataq otağında enerjiyə qoşmayın

Baxış sayı: 593

Yataq otağında mobil telefonun olması yuxunun gözəlliyini korlamaqla yanaşı, həm də sizi kökəldə bilər. Hər halda alimlər xəbərdarlıq edir.

Alimlərin dediyinə görə, yatarkən gün ərzində yeyilən, içilən qidaların enerjiyə çevrilməsinə kömək edən melatonin hormonunun ifrazı üçün bədənimizin qaranlığa ehtiyacı var.

Bu, onu göstərir ki, hətta yatarkən otağa düşən küçə lampalarının işıqları da melatonin hormonunun ifrazını zədələyir və qidaları səmərəli şəkildə enerjiyə çevirməmizə mane olur.

Ancaq alimlər əsasən yataq otağında enerjiyə taxılan telefondan saçan, közərən mavi işığın yuxu dağıdıcı təsirə malik olduğuna və maddələr mübadiləsinə zərərli təsir etdiyinə diqqət çəkiblər. Bütün otağı işıqlandıracaq qədər güclü olmasa belə bədənimizi narahat edir.

Gecə yatarkən qaranlıq düşdüyündə melatonin səviyyəsi artır, gündüz günəş işığında isə azalır.

Melatonin  ifrazı piylənmə və şəkər xəstəliyi ilə mübarizəyə kömək edir.

Yataq otağında olan telefon, notbuklar yuxuya təsir edir və maddələr mübadiləsinin zəifləməsinə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir