toy

Toya hazırlıq zamanı 10 mühüm məqam

Baxış sayı: 2. 437

Toy hər birimizin həyatında çox vacib hadisədir. Nə qədər gərgin olsa da, onun verdiyi xoşbəxtliyi yaşamaq gözəl hissdir. Toy tarixini təyin etdikdən sonra hər bir günü dəyərləndirmək vacibdir. Toya hazırlıq üçün ediləcək işləri planlayaraq yerinə yetirin. “Gencaile.az” Aile.lent.az-a istinadən toya hazırlıq zamanı 10 mühüm məqamı nəzərinizə çatdırır.

Toy məkanınızı seçin və təşkilatçı şirkətlə görüşün

Xüsusilə yay mövsümündə ailə qurmağı planlaşdırırsınızsa, xəyalını qurduğunuz məkanlar indidən dolmuş ola bilər. Bu səbəbdən də tədbirli və sürətli davranaraq, toy məkanına dərhal qərar vermək faydalıdır. Bununla birlikdə, təşkilatçı şirkətlə də danışıqlara başlasanız, toyunuzun ən incə detalına qədər planlaşdırmış olarsınız.

Gəlinlik və bəyliyi seçin

Əgər gəlinlik və bəylik geyimlərini modelyerə həvalə edəcəksinizsə, bu işə lap erkən başlayın, çünki tez-tez paltarın ölçüsünü yoxlamağa getməlisiniz. Unutmayın, qabyuyan və ya paltaryuyan maşın olmadan evlənə bilərsiniz, amma gəlin paltarı və bəylik olmadan əsla!

Dəvətnamənizi hazırlayın

Ürəyinizə yatan dəvətnamə tapmaq asan deyil. Vaxtınız var ikən fərqli dizaynları araşdıraraq istədiyiniz kimi bir dəvətnamə yarada bilərsiniz.

Bal ayı məkanı axtarışına başlayın

Yorucu bir hazırlıq müddətindən sonra uzun bir tətilə ehtiyacınız olacaq. Buna görə də gedəcəyiniz yerə qərar vermək və erkən qeydiyyatdan keçmək laızmdır. Bunları vaxtında etmək həm maddi baxımdan sizə zərbə vurmaz, həm də daha bir işi həll etmək əhvalınızı yüksəldəcək.

Nigah şirniyyatınızı seçin

Nigah şirniyyatı üçün bir çox maraqlı alternativ var və seçim etmək uzun bir zaman alır. İndidən nə istədiyinizə qərar versəniz, şirniyyatları hazırlayarkən siz də rahat bir şəkildə digər işlərlə maraqlana bilərsiniz.

Fotoqrafla vədləşin

Toy mövsümündə fotoqrafların da qrafiki sıx olur. Bu vəziyyətdən təsirlənməmək üçün fotoqrafı vaxtında xəbərdar etməlisiniz.

Toy tortunuzu sifariş verin

Professional bir tort ustasıyla fikrinizdə tutduğunuz toya uyğun bir planlaşdırma edin. Unutmayın, toylarda bu ilin modası olan təkli pastalar çox qəşəng görünür.

Gözəllik salonu ilə vədləşin

Gəlin saç və makiyajı üçün bir neçə fərqli bərbər və vizajistlə maraqlansanız, bu, sizin xəyallarınızdakı kimi bir gəlin olmanıza kömək olacaq. Bu arada, gəlin gülü üçün gül mağazalarına da baş çəkin.

Toy musiqilərinizi seçin

Gecə boyu musiqi mövzusunda çatışmazlıq yaşamamaq üçün bunu da ediləcək işlər siyahınızın ilk sıralarına yazın. Xüsusilə ilk rəqs və tort kəsilərkən səslənəcək mahnılar həyatınız boyu unuda bilməyəcəyiniz üçün adi mahnılar olmamalıdır.

Yeni ev üçün lazım olan əşyaların siyahısını tutun

İşin ən zövqlü tərəflərindən biri də şübhəsiz yeni evi bəzəməkdir. Fərqli mağazaları gəzib ilham alsanız, sonunda istədiyiniz kimi bir evə sahib ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir