toy ayaqqabisi

Toyu yayda olan gəlinlər necə ayaqqabı seçməlidir?

Baxış sayı: 1. 800

Gəlinliyinizi seçdiniz, indi sıra ona uyğun ayaqqabı axtarmaqdır. Bütün gecəni rahat rəqs etmənizi təmin edəcək ən önəmli aksesuar gəlin ayaqqabısıdır. Ona görə düzgün ayaqqabı seçimi çox önəmlidir, amma yay gəlinləri bir az daha şanslıdılar çünki hündür daban ayaqqabı yerinə digər rahat alternativlərdən istifadə edə bilər.

Ayaqqabının gəlinliyinizin altından görünməyəcəyini düşünürsünüzsə, yanılırsız. Qonaqların gəlinliyinizdən sonra ilk baxacağı aksesuar ayaqqabınız olacaq. Gəlin ayaqqabısı bütün gəlinliyinizin görünüşünü dəyişir. Buna görə doğru modeli seçib mükəmməl uyğunluq yaratmalısınız.

Gəlin ayaqqabısı alarkən mümkünsə gəlinliyinizin şəkli sizdə olsun. Bununla ayaqqabı seçərkən detalları araşdıraraq seçim etmək fürsətiniz olacaq. Ayaqqabınızı gəlinliyinizin bir-iki ton açıq və ya tünd rəngində seçməyiniz gözəl bir rəng uyğunluğu ortaya çıxaracaqdır.

Bu yayın trendlərini yaxalayın!

Önü açıq, rəngli  və topuqlu ayqqabıları bu yay da bir çox toylarda görəcəyik. Bu yayın trendləri şık və rahatlığı təmin edirlər.

Bütün gecəni hündür dabanlı ayaqqabı ilə gəzmək çətin təcrübə olacaq. Buna görə toyunuzun irəliləyən saatlarında hərəkətli rəqslər zamanı ayaqqabılarınızı dəyişdirmək istəyəcəksiniz.

Buna görə yanınızda gecəyə və gəlinliyinizə uyğun babet və vetnakma olsun, həm də bal ayına ağrayan ayaqlarla getmək məcburiyyətində olmazsınız. (Menimtoyum.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir