ushaqlar idman

Uşağınızı 4 yaşından idmana qoyun

Baxış sayı: 1. 914

Uşaqların idmana 4 yaşda başlaması lazımdır.

Uşaqların müntəzəm fəaliyyətlər və müntəzəm idmanlara, xüsusən üzmə və gimnastika kimi idmanlara başlama yaşının 4 olduğu bildirilir.

Hər uşağın fiziki, ruhi və zehni inkişafı bir-birindən fərqlidir. Ancaq müəyyən inkişaf dövrləri, hadisələr hər uşaqda rastlanır.

4-6 yaşlı uşaqlar üçün iplə tullanmaq, üzmək, qaçış, velosiped sürmək kimi idman növləri uyğundur. Velosiped, tenis, stolüstü tenis, rəqs, gimnastika, futbol, üzgüçülük 7-10 yaşda olan uşaqlara məsləhət görülür.

Bu uşaqlarda məsuliyyət hissi tez yaranır

Müntəzəm edilən idman uşağın özgüvən və yaşam sevincinin artmasına, boş zamanlarını müsbət yöndə dəyərləndirməsinə və beləliklə, zərərli vərdişlərdən uzaq durmasına kömək edir.

 

Komanda halında edilən idman uşağın sosiallaşmasına və davranış pozğunluqlarının həllinə kömək olur. Komandasının uğur qazanması üçün özünü məsuliyyətli hiss edən uşaqda məsuliyyət hissi də erkən yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir