usaq

Uşaqlar dediklərinizi təkrar edirsə… – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 982

Uşaqlar çox zaman kənardan eşitdikləri sözləri təkrar edirlər. Bunu valideynlər normal qarşılasa da, mütəxəssislər gələcəkdə ciddi problemlərə yol açdığını bildirir. Uşaqların 2 yaşdan 5 yaşa qədər kənardan eşitdikləri sözləri təkrar etməsi normal qəbul edilsə də, həmin yaşdan yuxarı uşaqlarda bu artıq problem hesab edilir.

“Gencaile.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qeyd edilən yaşdan yuxarı uşaqlarda kənar fikirləri təkrar etmək autizim xəstəliyinin göstəricisi ola bilər.

Bildirilir ki, hər uşağa aid edilməsə də, autizim xəstəliyi olan uşaqlarda da bu hal müşahidə edilir. Sözügedən xəstəlikdən əziyyət çəkən uşaqlar bəzi cümlələri tez-tez təkrar edərkən fərqli fikirləri izah etmək istəyirlər.

Buna görə də əvvəla, uşağın hansı sözü daha çox təkrarlaması və hansı hallarda istifadə etməsi müşahidə edilməlidir. Xəstəliyin tez təyin edilməsi düzgün müalicə üçün olduqca vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir