Uşaqlara mütləq balıq yedirdin – VALİDEYNLƏRƏ TÖVSİYƏ

Baxış sayı: 1. 533
Ov qadağalarının sona çatması ilə dükan və bazarlarda bol olan balığın körpəlikdən etibarən uşaqların inkişafı üçün çox əhəmiyyətli bir qida qaynağı olduğu bildirilir. Balığın tərkibində olan çoxlu miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr bütün yaş qruplarına aid olan uşaqlar üçün çox əhəmiyyətlidir. Bundan başqa, balıq xüsusilə zülal və Omeqa-3 yağları baxımından çox zəngindir. Bu da uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır. Yetkin və  azyazşlı uşaqların həftədə ən azı iki dəfə balıq yemələri məsləhət görülür.
Həzmi asan olduğu üçün 7-ci aydan etibarən körpələrə balıq qaynadılaraq, ya da püre halında yedizdirilməlidir. Körpə çeynəməyə alışdıqdan sonra bu cür qidaları masada yeyə bilər. Balıq çox nadir olaraq allergiya verən qidadır. Bu səbəbdən təzə balığı uşaqlara əminliklə yedizdirə bilərsiniz. Xüsusilə körpəlikdə və uşaqlıq çağlarında həddən artıq yağlı qidalardan istifadə edərək bəslənən, bol kalori alanlar irəliləyən yaşlarda ürək və damar xəstəlikləri başda olmaqla, bir çox xəstəliyə tutula bilərlər. Buna görə də kiçik yaşdan etibarən bəslənmə vərdişlərimizə diqqət yetirməli, sağlam qida sayılan balığı süfrəmizdən əskik etməməliyik.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir