gobek yirtiqi

Uşaqlarda göbək yırtıqları haqqında bilmədikləriniz

Baxış sayı: 1. 683

Uşaqlarda göbək yırtığı necə əmələ gəlir, səbəbləri nələrdir?

Uşaqlarda göbək yırtığının yaranma səbəbi hamiləlik dövründə qarının ön divarındaki toxumaların göbək ətrafında tam olaraq birləşməməsidir. Nəticədə açıq qalan deffektdən yırtıq əmələ gəlir. Vaxtında doğulan uşaqların 20-25%-də kiçik də olsa göbək yırtığı vardır. Yarımçıq doğulan və xüsusi ilə çəkisi 1500 qramdan az olan uşaqların isə təxminən 70-75%-i göbək yırtığı ilə dünyaya gəlirlər. Yaranma səbəbləri arasında az da olsa xromosom xəstəlikləri (Down sindiromu, Beckwith Wiedemann sindiromu və s.) və tiroidin (qalxanabənzər vəz) anadangəlmə xəstəlikləri də vardır.

 

Diaqnozu necə qoyulur?

Adətən göbək düşdükdən sonra, uşaq ağladığı zaman göbək nahiyyəsindən qabaran şişliyin görünməsi ilə diaqnoz qoyulur. Deffektin ölçüsünü təyin etmək üçün ultrasəs muayinəsi edilməlidir.

 

Qasıq yırtıqları kimi boğulma təhlükəsi varmı?

Xeyir göbək yırtıqlarında boğulma risqi çox azdır – 0.7-1 %-dir. Yırtıq möhtəviyyatı isə bağırsaqlar və piylik olur.

 

Əməliyyat edilməzsə öz-özündən bağlana bilərmi?

Göbək yırtıqlarında iki yanaşma şəkli var:

 

1-ci əməliyyat etmədən izləmək.

2-ci əməliyyat etmək.

Uşaqlarda  göbək yırtıqları 4-5 yaşına qədər və heç bir müdaxilə etmədən öz-özlüyündən bağlana bilər. Təqribən 70%-i ilk bir il içərisində öz-özündən qapanır. Ancaq bu hal bütün göbək yırtıqlarına şamil edilə bilməz.

 

Bəs hansı hallarda mütləq əməliyyat edilməlidir?

Göbək yırtıqlarında əməliyyat qərarı əsasən deffektin ölçüsünə görə verilir. Əgər göbək yırtığının boylama ölçüsü 2.5 sm-dən genişdirsə 2 yaşına qədər izləyib əməliyyat etmək lazımdır, çünki deffekt geniş olduğu üçün öz-özündən bağlanma ehtimalı  demək olar ki, yoxdur.

 

4 yaşında bir uşaqda göbək deffektinin ölçüsü 1.5 sm-dən böyükdürsə mütləq əməliyyat edilməlidir. 1.5 sm-dən kiçikdirsə yeniyetmə dövrünə qədər izlənilə bilər.

 

Göbək yırtıqları boğularsa öncə reduksiya etməyə çalışılmalıdır, əgər reduksiya olarsa planlı şəkildə-olmazsa təcili olaraq əməliyyat edilməlidir.

 

Göbəyin üzərini bağlamağın, metal əşya (qəpik) qoymağın faydası varmı?

Əlbəttə ki, xeyir. Bu tip müdaxilələrin deffektin bağlanmasında heç bir faydası olmaz. Tam əksinə dərini zədələyərək bağırsaqların qarın boşluğundan dəri səthinə çıxmasına səbəb ola bilər.

 

Əməliyyat necə aparılır?

Əməliyyat ümumi anesteziya ilə icra edilir. Göbək nahiyyəsində kiçik bir kəsik edilməklə deffekt bağlanılır və xəstə eyni gün içərisində evə göndərilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir