USAQLAR

Uşaqlarda qorxu hissinin qarşısının necə almalı?

Baxış sayı: 850

Qorxu hissinin aradan götürülməsinin bir neçə üsulu var. Bunlardan biri oyun terapiyasıdır. Uşaqları oyunla məşğul edərək (ailəliklə piknikə getmək, velosiped ya rolik sürmək, pazl yığmaq, domino oynamaq və s.) onların fikrini qorxulu ideyalardan yayındırmaq lazımdır.

Tibbi prosedurlardan öncə əmələ gələn qorxuların aradan götürülməsi üçün onlara bu proseduru oyuncağın üzərində keçirməyi təklif etmək olar. Məsələn, uşaq xəstəxanaya hər hansı bir prosedura getdikdə öz oyuncağı ilə gedir. Həkim oyuncağa diaqnoz qoyur və uşağa oyuncağı müalicə etməyi, ona iynə vurmağı təklif edir. Tibb bacısı ilə birgə uşaq oyuncağa sarğı qoyur.

usaq

Valideynlərin vacib vəzifələrindən biri uşaqlara ləyaqətlə, ağlamadan, oyundan imtina etmədən uduzmağı öyrətməkdir. Beləliklə, oyun vasitəsilə uşaq başa düşə bilər ki, birincisi, onu həmişə uğur gözləmir. İkincisi, uğur əldə etmək üçün çalışmaq lazımdır. Üçüncüsü, uduzmaq “dünyanın sonu” deyildir.

İncəsənət və ya art-terapiya (rəqs, musiqi, rəsm, səhnəciklər və s.) uşağın fərdi və psixi inkişafını stimullaşdırmaqla yanaşı, onun daxili şəxsi mübarizəsini və ətrafdakılarla konfliktini müəyyənləşdirməyə kömək edir.

Övladınızın qorxusunu aradan götürmək üçün hansı üsuldan istifadə etmənizdən asılı olmayaraq, onun şikayətlərini nəzərinizdən qaçırmayın, uşağınıza axıra qədər qulaq asmağı, onun etibarını qazanmağı bacarın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir