oyun

Uşaqları ölümə aparan oyunlar barədə bilmədiklərimiz…

Baxış sayı: 415

İngiltərədə intihar oyunu Mavi Balinaya bənzərliyi ilə diqqət çəkən virtual şiddət oyunu Momonun “YouTube” videolarına sızması istiqamətindəki xəbərlər üzərinə ailələrə “Uşağınızın ”YouTube”da nələr izlədiyinə diqqət edin” xəbərdarlığı verilib.

Beynəlxalq İnternet Təhlükəsizliyi Dairəsi tərəfindən ailələrə göndərilən xəbərdarlıqlarda Momonun cizgi filmlər ilə yanaşı sürpriz yumurta, oyun və məhsul reklamı və Minecraft videolarında görüldüyünə dair xəbərlərə diqqət çəkilərək, “YouTube”in zərərli məzmunda olmasına baxmayaraq, silinincəyə qədər bunlar minlərlə insana çata bilər və silindikdən sonra təkrar yüklənə bilər” deyildi.

 

Valideynlərə məsləhət: uşağınızı necə qorumalısınız?

Beləliklə,  dünyanı öz əhatəsinə alan bu təhlükənin detallarını nəzərinizə çatdırırıq.

 

İnternet Dairəsinin etdiyi xəbərdarlıqlar nələrdir?

Uşaqlarınıza Momonun bir insan olmadığını və onlara birbaşa ziyan verə bilməyəcəyini deyin.

İnternetdə ikən uşaqlarınızı tək qoymayın və nə izlədiklərinə diqqət edin.

Uşaqlarınızdakı davranış dəyişikliklərini müşahidə edin, onlarla daim danışın.

Təhlükəsizlik tənzimləmələrində uşaqlarınızın aça biləcəyi saytları məhdudlaşdırın. Şübhələndiyiniz hesabları əngəlləyin. YouTube-dakı növbəti videonu avtomatik olaraq izləmə variantını aradan qaldırın.

Momo ile ilgili görsel sonucu

“YouTUBE”: Momo ilə bağlı heç bir fakt yoxdur

“YouTube” isə Momonun saytdakı videolarda peyda olmasına işarə edən heç bir fakt olmadığını açıqlayıb. “YouTube” sözçüsü “Mediada yer alan xəbərlərin əksinə, Momo və ya Momonu təbliğ edən məzmuna dair heç bir sübut yoxdur. Bu cür məzmunlu videolar bizim qaydalarımıza uyğun deyil və dərhal aradan qaldırılır” dedi.

WhatsApp vasitəsilə yayılan Momo oyununda qorxu filmi xarakterinə bənzəyən bir fiqur uşaqlardan özlərinə zərər vermələrini istəyir və sonunda intiharla nəticələnə biləcək bu təlimatları yerinə yetirməyənləri təhdid edir.

Argentinada 12 yaşındakı bir uşağın keçən ilin avqust ayındakı intiharı da Momo ilə əlaqələndirilmişdi.

Momo ile ilgili görsel sonucu

5 yaşındakı uşaq Momonun göstərişi ilə saçını kəsibsə…

İngiltərədə 5 yaşındakı bir uşağın çərşənbə axşamı günü cizgi filmi izləyərkən peyda olan Momonun təlimatı ilə saçlarını kəsməsi də narahatlığa səbəb olmuşdu. Cheltenham şəhərində yaşayan Sam Barr adlı bir ana qızı Jemmanın saçlarını nəyə görə kəsməsi ilə bağlı suala “Momo istədi. Momo mənə bundan sonra nə etməm lazım gəldiyini söyləyəcək. O, mənə ”yatanda bir gözünü açıq tut” deyib” deyə cavab verib.

Barr, “Tanrıya şükürlər olsun ki, sadəcə, saçlarını kəsdi. Daha pisi də ola bilərdi” dedi.

Momo ilə bağlı xəbərlər Momodan daha böyük bir riskdir. İngiltərədə Momo ilə bağlı narahatlıqlar facebookda son 24 saat içində ən çox paylaşılanlardan olub. Amma internet təhlükəsizliyi və uşaqlara yardım təşkilatı mütəxəssisləri Momo məsələsində lazımsız bir panika havasının yaradıldığını iddia edir.

Samaritans və NSPCC adlı yardım quruluşları isə İngitərədə Momoya görə zərər görən heç kimin olmadığını deyərək, “uşaqları özlərinə zərər verməyi düşünməyə sövq edə biləcəyi” üçün bu xəbərlərin daha riskli ola biləcəyinə diqqət çəkdi.

Ä°lgili resim

İnternet Təhlükəsizliyi Mərkəzi medianı  “saxta xəbər” yaymaqda ittiham etdiyi halda, uşaqlara yardım təşkilatı NSPCC-nin açıqlamasında “Bizi axtaran media qurumlarının sayı uşaqları üçün narahat olan ailələrin sayından daha artıqdır” deyib. Samaritans adlı təşkilat isə mediaya intiharlarla bağlı xəbərlərin verilməsinə dair qaydalara riayət etməsi üçün çağırış etdi.

 

Momonun ağlasığmaz ziyanları

Mesajlaşma platformu WhatsApp üzərindən yayılan qorxunc üzü gedərək daha çox insan tanımağa başlayıb. Momo haqqında “Yeni Mavi Balina” bənzətməsi də geniş yayılıb. Minecraft üçün şəxsiləşdirilmiş platforma yaradan proqramların məlumatına sahib olan insanlar “Momo”nu oyun içinə daxil etməyə başlayıb.

Bir valideyn “YouTube” videolarında “Momo”nu tanıdan reklamların oyunla bağlı göründüyü də bildirir. Ata-analar “Momo”nun bir sonrakı “Mavi Balina” ola biləcəyi ilə bağlı xəbərdarıqla qarşılaşırlar. Mavi Balina təkcə Rusiya miqyasında ən azı 130 gəncin ölümünə səbəb olmuşdu.

Momo ile ilgili görsel sonucu

“Momo” WhatsApp üzərindən zərərçəkənlərə şiddət məzmunlu şəkillər göndərən kölgə nəzarətinə başlayır. Oyun daha sonra oyunun əmrlərini yerinə yetirməyi rədd edən oyunçunu təhdid edir.

Minecraft mod, “Momo”nu təqlid edir. “Momo”nun Minecraft xarakterinin əlində WhatsApp loqolu bir telefonla digər oyunçuları təqib etdiyi də deyilir.

 

Oyun gənclərin şəxsi məlumatlarına giriş əldə edərək, qəsb, depressiya və yuxusuzluq kimi qorxuları yaşamasına da səbəb ola bilər. Bu oyun da onları tətikləyir.

Argentinada polislər Buenos Aires yaxınlığındakı 12 yaşlı bir qızın intiharının Momo ilə bağlı olub-olmadığını araşdırır. Qızın ölmədən qısa bir müddət öncə telefonu ilə video çəkdiyi deyilir. Məmurlar şübhələnirlər ki, qız intihar məsələsində kimdənsə cəsarət alıb. Qızla təmas quran 18 yaşlı gəncin kimliyi də araşdırılır.

İnternet Momo məzmunlu paylaşımlarla doludur. Beyinlərdə yer alan sual isə Momo oynamağın nə kimi təhlükələrə səbəb olduğudur. Meksika siber cinayətlər bürosu tanınmayan bir nömrəli mesajlaşmanın təhlükələrini, eyni zamanda Momonun yaradacağı təhdidləri beş ayrı bənd üzrə xarakterizə edir:

Şəxsi məlumatlarınız oğurlana bilər.

Şiddəti təbliğ edən bir dildən istifadə edilir və insanlar intihara sürüklənə bilir.

İstifadəçilər təhdid və taciz edilir.

İnsanlardan zorla pul əldə edilə bilir.

Oyuna qatılanlar depressiya və qayğı attakasına qapıla bilir.

 

İki il öncəki Mavi Balina…

“Yeni Müsavat” xatırladır ki, 2017-ci ildə də dünyada Mavi Balina fırtınası yayılmışdı. Bu oyuna görə də uşaqlar arasında intihar halları yaşanırdı. Oyunu rusiyalı proqramçı Filip Budeykin və qrupu hazırlayıb. Rusiyanın “vkontakte” sosial şəbəkəsindən oyuna qoşulmaq istəyənlərə WhatsApp vasitəsi ilə xüsusi link göndərilir. Oyuna qeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələrilə bağlı məlumatlar soruşulur. Oyun, ümumilikdə, 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəli və qorxunc tapşırıqlar verilir. Bunlar arasında ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. ən məşhurlarıdır.

Bütün bu tapşırıqları “uğurla” yerinə yetirən oyunçular 50-ci günün sonunda “balina” olmağa haqq qazanır. Elə “oyunun” da kulminasiya nöqtəsi məhz burasıdır. Balina məntiqi ilə hərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşa demirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və ya asmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədə təbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isə xüsusi motivasiya verilir.

 

İntihar mərhələsindən imtina edənlər isə ailələrinə zərər yetirmə, öldürmə ilə şantaj edilir. Bunu ailəsinə deyə bilməyən və onlara zərər gəlməsini istəməyən şəxs də məcbur qalıb intihara cəhd edir.

Bu zaman valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki uşaqlarda hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda bu barədə mütləq tədbir görməlidirlər. Rusiya, Türkiyə kimi qonşu və eləcə də dünyanın müxtəlif ölkələrində ümumilikdə 200-dən çox yeniyetmə və gənc bu bəlaya aludə olaraq intihara cəhd edib. 2015-ci ildən başlayaraq, 2016-cı ilin aprel ayına qədər 130 nəfərin sonu təəssüflər olsun ki, ölümlə nəticələnib.  Digərləri isə ağır yaralı halda sağ qalıb.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir