usaq

Uşaqlarınız arasındakı şikayətlərə niyə əhəmiyyət verməməlisiniz?

Baxış sayı: 165

Evdə iki və ya daha çox uşağı olan valideynlərin ən böyük problemlərindən biri də uşaqların ən kiçik bir mübahisədə belə bir-birilərindən şikayət etmələridir. Bu şikayətlərə əhəmiyyət vermək bir qədər sonra şikayətlərin sayının artmasına və uşaqlar arasındakı münasibətlərin gərginləşməsinə səbəb olur.

 

Elə isə bu, necə baş verir?

Image result for uşaqlar arasında qısqanclıq

Uşaqlarınızdan biri qardaşından və ya bacısından sizə şikayətə gəlir. Təbii ki, siz bu şikayətdən sonra haqlını və ya haqsızı axtarmağa çalışırsınız. Nəticədə, haqlı olanı mükafatlandırır, haqsız olanı isə cəzalandırırsınız. Əslində, hər şey elə bundan sonra başlayır. Haqlı olan uşaq özünü sizə daha yaxın hiss etməyə başlayır. Bir qədər sonra o biri uşağınız da bu yaxınlığı hiss etmək üçün yeni şikayətlərlə yanınıza gəlir. Və bu proses beləcə davam edir.

Beləliklə, zaman keçdikcə uşaqlarınız sizə daha yaxın olmaq üçün öz qardaş-bacılarından istifadə etməyə başlayırlar. Bu isə gələcəkdə uşaqlarınız arasındakı münasibətlərin gərginləşməsinə səbəb olur.

Image result for uşaqlar arasında qısqanclıq

Nəticədə, bir-birini sevməyən bacı-qardaşlar meydana çıxır. Buna görə də, uşaqlarınız arasındakı şikayətlərə əhəmiyyət verməyin. “Məncə siz bu problemi özünüz də həll edə bilərsiniz” deyərək şikayətlərdən kənarda qalmağa çalışın.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir