valideyn

Uşaqlıqdan eşitdiyimiz elmi izahı olmayan 11 yalan

Baxış sayı: 646

Uşaq olanda valideynlərimizin dediklərinin hamısına inanırıq və onların söylədiklərinin bəzilərinin tamamilə elmi izahı olmadığını dərk etmirik. Beləliklə,  valideynlərin dediyi ən məşhur miflərdən bir neçəsini təqdim edirik.

1. Yalan danışdıqda qulaqlarınız qızarır

Qulaqlardakı damarlar orqanizmin termorequlyasiya prosesində iştirak edir, əgər qulaqlar yanırsa, bu, bədənin həddindən artıq qızmasından xəbər verir.

2. Televizora yaxın məsafədən baxmaq görmə qabiliyyətini korlayır

Çox yayılmış bir ifadədir, lakin uzun illər  genişmiqyaslı araşdırmaların göstərdiyi kimi, uşaq miyopiyasınin televizora baxmaq və kompüter monitorunun yanında oturmaqla heç bir əlaqəsi yoxdur.

3. İşləyən mikrodalğalı sobanın yanında dayansanız, özünüzü pis hiss edəcəksiniz

Müasir mikrodalğalı sobalar tam işlək olduğu vəziyyətdə belə istismar zamanı tamamilə təhlükəsizdir.

4. Barmaq oynaqlarınızı tez-tez şaqqıldatsanız, artrit xəstəliyinə tutulacaqsınız

Bu mif çox yayqındır, lakin qorxacaq bir şey yoxdur. Artrit və barmaqların şaqqıldadılması arasında heç bir əlaqə tapılmayıb, çünki orada səs edən sümüklər deyil, hava qabarcıqlarıdır.

5. Çox şokolad yesəniz üzünüzdə sızanaqlar çoxalacaq

Sızanaqlar iltihablı bir dəri xəstəliyidir və şokolad sızanaqlara səbəb olmur, çünki bunun əksi ilə bağlı araşdırmalar elm dünyası tərəfindən araşdırılıb.

6. Saqqız udsanız mədənizdə 7 il qalacaq

Saqqızı udsaq hər yediyimiz kimi mədədə həzm olunacaq, amma bu proses nisbətən daha uzun vaxt aparacaq. Bununla belə, nəticədə təbii bir şəkildə bədəni sərbəst tərk edəcəkdir.

7. Qurbağaya toxunsanız ziyillər əmələ gələcək

Ziyillərin yaranmasına səbəb bu deyil, yalnız insan papillomavirusu və immunitetin azalmasıdır.

8. Saçlarınızı daha tez-tez kəssəniz daha tez uzanacaq

Təəssüf ki, saçın böyüməsi kəsilmə tezliyindən asılı deyil. Gündə təxminən 0,35 mm saçın böyümə sürətidir. Ancaq bir çox amillər var: yaş, hormonlar və hətta ilin hansı fəslinin olması.

9. Qorxduqda üzünüzü büzüşdürsəniz, üzünüz elə qalacaq

Təbii ki, bu, bir mifdir. Üz siniri xəstəliyi ilə qorxu arasında heç bir əlaqə tapılmayıb.

10. Asqırdığınız zaman gözlərinizi açıq saxlasanız, onlar düşəcək

Asqırdığınız zaman gözləri açıq saxlaya bilməyəcəksiniz – bu qarşılıqlı reflekslərdir. Asqırdığınız zaman göz almalarınızın arxasındakı qan təzyiqi bir qədər yüksələ bilər, lakin onların “uçması” üçün kifayət deyil.

11. Yalan desən burnun böyüyəcək

Uşaqların yalan danışmaması üçün valideynlər özləri yalan danışırlar. Uşaqlar yəqin ki, yalan danışandan sonra burunlarının Pinocchio kimi böyümədiyini başa düşürlər, amma burnun yalana “xəyanət” edə biləcəyi fikrində bir həqiqət var. Tədqiqatçılar beyin qabığının aktivləşməsi nəticəsində yalan danışdıqdan sonra burunun həqiqətən isindiyini aşkar etdilər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir