bosanma

Uşaqsız ailələrdə boşanma halları artır

Baxış sayı: 205

Azərbaycanda son üç il ərzində uşaqsız ailələrdə boşanma halları artmaqdadır. Hər halda statistik göstəricilər belə deməyə əsas verir. Belə ki,  2016-cı ildə ölkədə boşanmış 13114 nəfərin 6146-ı uşağı olmayanlar olduğu halda, 2017-ci ildə 14514 boşanma halının 6444-ü bu şəxslərin payına düşür. 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınıb ki, onun da 6559-sı  sonsuz ailələrin payına düşüb.Onu da qeyd edək ki, 2018-ci ildə boşanmaların 3894-ü biruşaqlı, 4404-ü iki və daha çox uşağı olan ailələrdə qeydə alınmışdı.

Məlumat üçün bildirək ki, uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, ən az boşanma halı 2002-ci ildə qeydə alınmışdı. 1990-cı ildə 8853, 2002-ci ildə 3371 uşaqsız ailədə boşanma halı baş vermişdi.

Ötən illər ərzində ölkədə iki və daha çox uşağı olan ailələrdə də boşanma halları artıb. Keçən il belə ailələrdə qeydə alınan boşanma halları hətta ən yüksək həddə çatıb. 2018-ci ildə belə ailələrdə 4404 boşanma halı qeydə alınıb ki, bu da 2017-ci ildəki (4124) göstəricidən də çoxdur.

Ötən müddətdə valideynlərin ayrılmasından zərər çəkən uşaqların sayı da çoxalıb.

2018-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13842 (2017-ci ildə 13110) olub ki, bu da hər 100 boşanmaya 167 (2017-ci ildə 162) uşağın düşməsi deməkdir.

Image result for Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyir.

hicran huseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.

Image result for Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov hesab edir ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Komitə rəsmisi bildirir ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın əsas səbəbi hesab edilir. Lakin onun sözlərinə görə, əvvəllər ailələrdə məişət zorakılığı halları boşanmaya səbəb olmurdu.

Image result for hadı rəcəbli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də boşanmaların artmasında sosial şəbəkələrin xüsusi rol oynadığı qənaətindədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir