USAQ

Valideynlərin DİQQƏTİNƏ! – Bunları etməsəniz uşaqlarınız məktəbdə zəhərlənə bilər

Baxış sayı: 924

“Uşaqların çantasına əlavə yük yığmaq onların sağlamlığı üçün zərərlidir”. Bunu pediatr Sara Mansurova deyir. Həkimin sözlərinə görə, çantaya yemək, su və əlavə qida qoymaq onların yükünü bir az da çətinləşdirir:

“Valideyn uşağın məktəbinə yemək qoya bilər, lakin ev yeməkləri deyil, kiçik peçenye, bulka, və pendirli buterbrod və s. kimi yüngül nəsə qoymaq lazımdır. Bu təkcə ağırlıq baxımından deyil, həm də ev yeməkləri çantada qalıb uşaqları tez zəhərləyər. Buna görə valideynlər çox diqqətli olmalıdır. Ev yeməkləri və hazır alınmış yeməklər (məsələn dönər, kolbasalıbuterbrodlar, sendviç) çox sürətlə köhnəlir və uşaqları zəhərləyə bilər”.

S. Mansurova bildirir ki, suya gəldikdə isə uşaqlara plastmas deyil şüşə qablarda su qoymaq lazımdır:

“Bilirsiniz ki, plastik qabların tərkibində zəhərli maddələrin olduğu artıq sübut olunub. Buna görə də şüşə qablardan istifadə etmək məsləhətdir. Düzdür bəzi valideynlər kiçik yaşda olan uşaqların qabı sındırıb özlərinə zərər verməsindən qorxa bilərlər, bu zaman hər gün dəyişmək şərti plastmas qabda su qoymaq olar”.

 

Pediatr məktəbli uşaqlara geyimlə bağlıda məsləhətlər verdi:

“Məktəbli uşaqlara geyim seçərkən, tərkibinin təbii materialdan olmasına diqqət edilməlidir. Kətan, pambıq və ya çit parçalardan olan geyimlər seçilməlidir. Sintetik parçalar uşaqların dərisinin nəfəs almasına imkan vermir, bu da uşaqları tərlədir və xəstələnməsinə səbəb olur. Uşaqlara məktəb forması alarkən həm də onun çox dar, sıx olmamağına diqqət etməliyik. Dar paltar uşaqlarda qan dövranının normal işləməsinə imkan vermir. Xüsusən də qızlar gələcəkdə çanaq hissəsində müəyyən problemlərə yol açır”.

Həkim sonda onu da qeyd edir ki, valideyn uşağın çantasına kömək edə bilmirsə, onda diyircəkli çanta almaq daha məsləhətlidir. “Çünki uşaqların ağır çanta götürməsi onlara gələcəkdə müxtəlif problemlər yaradar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir