10420226_1629897903899533_2267873909966906673_n

Xəyal Azəroğlu: “ANS-də o qədər xoşagəlməz hadisələr baş verirdi ki… günahkarı da…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 597

Xəyal Azəroğlunu efirdən çoxumuz tanıyırıq. ANS-dən, idman xəbərlərinin aparıcısı olaraq. Onunla səmimi, maraqlı bir söhbət etmişik. ANS-dən başlayıb, evə bazarlıqdan, ailə büdcəsinə nəzarətdən, futboldan, pivədən – hər şeydən hər şeyə qədər danışmışıq. 

Beləliklə, “Gencaile.az” saytının “Kişi sözü” rubrikasının qonağı Xəyal Azəroğludur.

– Xəyal Azəroğlu jurnalistikaya təsadüfənmi düşmüşdü, yoxsa uşaqlıq arzusunu gerçəkləşdirərək?

– Jurnalistika peşəsini seçməyim heç də təsadüfi deyildi. Orta məktəbdə oxuduğum dövrlərdə bu sahəyə marağım yaranmışdı. Atam inşaat mühəndisi idi və mənim də onun ixtisasına yiyələnməyimi çox istəyirdi. Lakin mən öz seçimimi jurnalistika fakültəsindən yana etdim.

– ANS-ə gəlişiniz necə baş verdi?

-Mən jurnalistikada ilk addımlarımı “AzərTac” informasiya agentliyində təcrübəçi kimi atmağa başladım. Daha sonra “Fanat” idman qəzetində işlədim. Hərbi xidmətdən qayıtdıqdan sonra “Qafqazinfo.az” informasiya agentliyində reportyor kimi fəaliyyət göstərdim və oradan ayrıldıqdan sonra ANS TV-yə CV göndərdim. Seçim turu oldu və Sevinc Osmanqızı (həmin dövrdə ANS-in baş redaktoru idi) bir neçə namizədin içərisindən məni seçdi. Və beləliklə, ANS TV-də işə başladım.1454694_1433790620176930_2060673498_n

– Efir sizi tanıtdı. Bu, yəqin ki, gözəl hiss idi. Bəs nə üçün uzaqlaşdınız efirdən?

– Məni efir tanıtdı. Bu çox gözəl hiss idi. Lakin ANS TV-də ayrıldıqdan sonra işimi tamamilə başqa sahədə davam etdirmək qərarına gəldim. Əlbəttə ki, bunun müxtəlif səbəbləri də var. Həm maddi, həm də mənəvi…

– Bir müddət öncə ANS-dən ciddi qopmalar oldu, əksər tanınmış aparıcılar kanaldan ayrıldılar. Sizcə, səbəb nə idi?

-Məncə aparıcılar obyektiv və subyektiv səbəblərə görə ANS-dən ayrılırdılar. Kimi rəhbərliklə yola getmirdi. Bəziləri də daha yüksək maaş və rahatlıq axtarışında idi…

– Kanaldan gedənlərin çoxu rəhbərliyi nələrdəsə ittiham edirdi. ANS-dəki ab-hava sizə necə təsir bağışlayırdı? Narazılar haqlı idilərmi sizcə?

– İttiham edənlər tam haqlı idi. Daxildə o qədər xoşagəlməz hadisələr baş verirdi ki, buna mənəvi olaraq tab gətirmək mümkün deyildi. Haqsızlıqlar çox olurdu. Əziyyətə qiymət verilmirdi və s. Əgər ANS TV-nin başında Seyfulla Mustafayev və Mirşahin Ağayev dursaydı, kanal digərlərinə nümunə olacaq qədər fərqli olardı…

– Bəs kim dururdu? Haqsızlıqları kim edirdi?

– Əgər 2 nəfərin adını çəkmişəmsə, deməli yerdə qalan 1 nəfər.

– “Veysəloğlu”da uzun müddət qalmadınız…

– Veysəloğlu Şirkətlər Qrupunda İctimaiyyətlə Əlaqələr mütəxəssisi kimi fəaliyyətə başladım. Düzünü desəm, bu şirkətdə çox rahat idim. Həm kollektiv gözəl idi, həm də şirkətdə işçilərə yaradılmış şərait. Şirkət həmçinin sosial layihələrə, eləcə də korporativ sosial məsuliyyətə xüsusi önəm verirdi ki, bu da xalqın daha çox rəğbətini qazanmağa səbəb olurdu. Ancaq “Veysəloğlu” şirkətindən tez ayrıldım. Çünki ən yaxın dostum mənə yaxşı iş təklifi etdi. Hazırda Bakının ən gözəl dizaynına malik restoranında müdir vəzifəsində çalışıram. Burada həmçinin marketinq, PR işlərini də görürəm.1966908_1496175327271792_1026007399023932431_n

– Keçmiş futbol şərhçisi olaraq yəqin indi də futbol azarkeşi, izləyicisisiniz. Hansı komandaya azarkeşlik edirsiniz?

– Futbol mənim həyatımın bir parçasıdır. Özüm “Kəpəz” və “Qalatasaray” azarkeşiyəm.

– Fanatsınız, yoxsa sadəcə izləyici?

– Əlbəttə ki, fanatam. Harada “Fənərbağça”lı görürəm döymək istəyirəm (zarafat etdiyini deyərək gülür – V.M.) 12321549_1685558925000097_7396649374088090642_n

– Yəqin maraqlı efir xatirələri də olmamış deyil…

-Efir xatirələri hər bir aparıcıda olur. Çox vaxt efirdə özümüzü saxlaya bilmirdik, gülürdük. Bunun da əsas səbəkarı əlbəttə ki, Aytən Səfərova olurdu. Bizi çox güldürürdü. Biz də efir başlayanda özümüzü saxlaya bilmirdik. Danışdıqca, həmin anları xatırlayıram, yenə məni gülmək tutur.

– Bəlkə bir-ikisini xatırlayaq, oxucularımız da gülsün…

– Məncə danışmaqla fikrimi çatdıra bilməyəcəm. Yaxşı olardı ki, oxucular bu link vasitəsilə həmin anlardan birini izləsinlər:

– Pivə sevimli içkinizdir.

-Bəli, pivəni sevirəm. Xüsusilə də derbi oyunlarına baxanda pivə mənim əvəzolunmaz içkimə çevrilir.

– Bəs bilirsinizmi ki, bu içki kişilərdə testosteron hormonunu azaldır…

-Bu haqda çox eşitmişəm. Hətta eşitdikdən sonra google-da axtarış verdim və araşdırdım. Həqiqətən elə imiş. Məncə həddimizi aşmasaq, çox da ziyanı olmaz.

– Nə vaxtsa, “axırıncını içməsəydim” yaxşı olardı deyə düşündüyünüz vaxt olubmu?

-Heç vaxt özümü o həddə çatdırmamışam.

– Sizin idman jurnalistlərindən biri ilə konfliktiniz bir ara mediada və sosial şəbəkədə müzakirə obyektinə çevrilmişdi. Yəqin ki, “Sülh müqaviləsi” bağlandı, eləmi?

-Natiq Muxtarlı ilə bir-birimizə köşə yazaraq “müharibə” elan etmişdik. Bunun da başlıca səbəbi var idi. “Sülh müqaviləsi” bağlamasaq da, mehriban düşmənlər kimi yaşayırıq 🙂

Evlisinizmi?1002377_10202950795272420_3485421652793835315_n

– Bəli, artıq 1 ildən çoxdur ki, ailə həyatı qurmuşam.

 Klassik bir sual: ailə nə deməkdir sizin üçün?

– Ümumiyyətlə, ailə ərəb sözüdür və bir-birinə möhtac olan, bir-birinə söykənən, güvənən mənasını verir. Mənim üçün ailə dayaq, arxa, sevgi mənbəyi deməkdir. Mən əlbəttə ki, ailəm üçün yaşayıram, onlar üçün çalışıram.

– Evə nə vaxt gedirsiniz? Restoran müdirisiniz axı…

– Düzünü desəm bəzən elə olur ki, günlərlə evə gedə bilmirəm. İş çox olur. Jurnalistika ilə restoran sahəsi tamam fərqlidir. Çox yoruluram, ancaq işləməkdən, yaxşı iş ərsəyə gətirməkdən zövq alıram.

– Büdcəni kim idarə edir?

– Ailənin baş mühasibi özüməm. Aylıq xərcləri hesablayıram, artıq qalan pulu kənara atıram. Əgər artıq qalarsa… (gülür)

– Bədxərcsiniz?

– Subay vaxtı çox bədxərc idim. Ancaq indi düzəlmişəm.

– Müsahibə vermək çətindir, yoxsa almaq?

– Jurnalist üçün müsahibə almaq daha asandır deyərdim. Çünki respondent haqqında əvvəlcədən məlumat toplayırsan,  sualları əvvəlcədən hazırlayırsan. Ancaq müsahibə verəndə nə vaxt hansı sualla qarşı-qarşıya qalacağın bəlli deyil.

– Hansı sualı gözləyirdiniz, eşitmədiniz?

– Hobbilərimlə bağlı sual eşitmək istəyərdim 🙂 Siz soruşmadınız ancaq mən deyim. Uzun illər Taekvondo ilə məşğul olmuşam. Qara kəmər 2-ci dan sahibiyəm. Artıq bu idman növü ilə hobbi kimi məşğul oluram. Digər hobbilərim isə xarici pullar toplamaq, alpinizm və üzgüçülükdür.

Söhbətləşdi: Vüsal Məmmədov

10516811_1520562681499723_7552217207505815489_n1001705_1395762440646415_730640245_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir