xərçəng

Xərçəngi bir nəfəsə müəyyən edəcək…

Baxış sayı: 1. 350

Yaponiyalı mütəxəssislər smartfona qoşulacaq və insan nəfəsi ilə orqanizmdə ciddi onkoloji xəstəlikləri müəyyən edəcək unikal cihazın yaradılması üzərində çalışırlar.

“Vistanews.ru” saytının xəbərinə görə, yapon mütəxəssislər smartfona əlavə olunan xüsusi sensor yaradıblar ki, bu sensorun köməyilə nəfəs yolu ilə xəstəlikləri müəyyən etmək mümkün olacaq.

Alimlər artıq skanerin prototipini yaradıblar. Ancaq tam istifadəyə verilməsi üçün mütəxəssislərə onun üzərində əlavələrin aparılmasından ötrü xeyli vaxt lazım gələcək.

Daha dəqiqi, yeni cihaz 2020-ci ildən tez satışa çıxmayacaq.

Mütəxəssislər üçün əsas çətinliyi insan orqanizmində nəfəs birləşmələrinin axtarışı təşkil edir. Məhz bu birləşmə müəyyən olunan xəstəlik barədə siqnalı verir və xəstəlik haqqında tam məlumatı smartfona çıxarır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir