usaq

XOŞBƏXT AİLƏ MODELİ: məktəbsiz, məişət qayğılarından uzaq… – FOTOLAR

Baxış sayı: 159

Demək olar ki, bütün valideynlər əmindirlər ki, düzgün tərbiyə uşağa əsasən təhsil vermək və onları ciddi rejimə tabe etməkdən ibarətdir.

Amma ingiltərəli Xebden-Bric ailəsi öz uşaqlarının tərbiyəsində tamamilə başqa qaydaların tərəfdarıdır: onların körpələri məktəbə getmir, axşam saat doqquzda çarpayıya uzanmır, eyni zamanda tamamilə xoşbəxt gəncliyə və qocalığa nail olurlar!

“Gencaile.az”  bu unikal ailə institutu haqda oxucularını məlumatlandırır.

 

Gemma Rounsli və Lyuis Rounsli yeddi uşağı olan gənc valideynlərdir. Ən kiçiyi – Vulfun 1 yaşı, ən böyüyü Skayın isə 13 yaşı var. Onlar “Vəhşi ailələri” adlı Britaniya şousunda iştirak edirlər, hansında ki, valideynlər uşaqların tərbiyələrində cəmiyyətin diktə etdiyi qaydalardan kənar öz təcrübələrini bölüşürlər. Digər bu qəbildən olan ailə başçıları kimi Gemma və Lyuis də məktəbə getməyib və konkret şablon qaydalara uymamaq onlara savadlı böyüməyə, iş-güc sahibi olmağa mane olmayıb. Və eyni ənənəni öz ailələrində də davam etdirirlər.

Gemma Rounslinin cəmi 35 yaşı var. O, məmnuniyyətlə özlərinin qeyri-adi ailəsində günlərin necə keçdiyini danışır: “Əgər hava yaxşıdırsa, gəzməyə gedirik, əgər yağış yağırsa və evdə qalırıqsa, ev işlərilə məşğul oluruq. Bizdə hər hansı müəyyən edilmiş məhdudiyyət yoxdur, bu baxımdan uşaqlar saat neçədə istəsə yatır, nə ilə məşğul olmaq istəsələr onunla da məşğul olurlar”.

Ailədə yeganə ciddi qayda – yalan danışmamaq və bir-birlərini incitməməkdir. Burada gərginlikdən əsər-əlamət yoxdur, daim hüzur, qarşılıqlı hörmət hökm sürür. Uşaqlar məktəbə getmirlər, yeniyetmələr oxumağı və yazmağı valideynlərdən öyrənir və hər il məktəbdən gələn inspektorlar onların biliklərini yoxlayır, onları imtahana çəkirlər. “Ora tələsim, bura tələsim”, “bunu çatdırmalıyam”, “səhər tez durmalıyam” və s. tipli adi məişət qayğıları bu tip ailələrdən tamamilə uzaqdır.

Xoşbəxt ailənin üzvü Gemma Rounsli daha sonra vurğulayır: “Biz həqiqətən öz uşaqlarımızın tərbiyəsi məsələsinə ciddi yanaşırıq, sadəcə lazımsız, əsəb yaradan məhdudiyyətlərə qarşıyıq. Ətrafımızda olan bir çox normal ailələr bizə çoxlu komplimentlər edir, bizi təqdir edir, bizim çox mehriban, tərbiyəli uşaqlarımızın olduğunu deyirlər. Ona görə də, bizim metodikamız ilk baxışdan bir az vəhşicəsinə görünsə də, əslində əla işləyir!”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir