AILE

Xoşbəxt evlilik üçün 4 tövsiyə – “EvliSƏN”

Baxış sayı: 174

Ailə həyatında hər şey mükəmməl olmur. Bunu gözləməyin özü də yanlışdır. Amma ailə xoşbəxtliyini tam olmasa da, müəyyən qədər əldə etmək mümkündür. Bunun üçün xoşbəxt evliliyin sirləri haqqında tövsiyələrlə tanış olmalısınız. “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında məhz bu haqda danışacağıq.

futbol

 

Televizor ancaq sizə aid deyil

Əgər həyat yoldaşınız televizorda futbola baxırsa, siz ona mane olmamalısınız. Hər gün izlədiyiniz hər hansı serialınızı evliliyinizə qurban verməlisiniz.

Image result for ERKEKLER SOHBET

Bəzən gözdən iraq olmaq faydalıdır

Hər zaman olmasa da, bəzi dönəmlərdə həyat yoldaşınızın sizin gözünüzdən uzaq olması daha yaxşı olar. Düzdü,  gündəlik işlərdən bir-birinə vaxt ayırmaqda problem yaşayan cütlüklər üçün bu hal heç də qəbuledilən deyil, amma unutmayın ki, onun da dostları, yaxınları ilə vaxt keçirməyə, sırf  özünə zaman ayırmaya ehtiyacı var. Əgər bunları etmək üçün həyat yoldaşınıza şərait yaratmasanız, onun istəklərinin reallaşmamasında sizi qınaq obyektivinə çevirməsinə qatlaşmalı olacaqsınız ki, bu da münasibətlərinizə zərbə vuracaq.

 

Mükəmməllik filmlərdə və reklamlarda olur

Cütlüklərin ən çox etdiyi səhvlərdən biri qarşı tərəfi kiminləsə müqayisə etməkdir. Məsələn, həyat yoldaşınızı valideyninizlə,  kiminsə həyat yoldaşı və ya ideal olaraq qəbul etdiyiniz biri ilə müqayisə etməyin. Bunu etdiyiniz zaman həyat yoldaşınız özünü sizin səviyyənizdən aşağı biri olaraq qəbul edə bilər ki, bu da sonda ailənizin möhkəmliyini zədələyəcək. Ümumiyyətlə, sizin mükəmməllik axtarışında olmağınız düz deyil. Unutmayın ki, mükəmməllik filmlərdə və reklamlarda olur. Hətta bəzən onlarda da hər şey qaydasında olmur.

Image result for EVLİ ÇİFTLER ŞIK GİYİM

Geyimlərinizə diqqət edin

Nə qədər qəribə səslənsə də, evliliyin yolunda getməsi üçün tərəflərin səliqəli və şıq geyinməsi, ifrata varmadan bəzənməsi də önəmlidir. Bütün bunlara əməl etsəniz, qarşı tərəfin sizdən uzaqlaşmasına heç bir səbəb qalmayacaq.

 

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir