s

Xoşbəxt olmaq istəyirsiz? – FORMUL

Baxış sayı: 1. 543

“Gencaile.az” “Huffington Post”-a istinadən xoşbəxt cütlüklərin 10 vərdişini təqdim edir. Sizdə də eyni hallar baş verirsə, özünüzü xoşbəxt hesab edə bilərsiz.

Onlar yatmağa eyni saatda gedirlər

Unutmayın, yatmağa eyni vaxtda getmək vacibdir. Yatağa birlikdə getməklə sağlam münasibəti inkişaf etdirə bilərsiniz

Onlar eyni maraqlar tapa bilirlər

Birlikdə vaxt keçirməkdən zövq almaq çox vacibdir. Nə o, sizin televiziya proqramına olan sevginizi, nə də siz onun hansısa işə olan heyranlığını bölüşməyə məcbursuz.  Ancaq hər ikinizin də birlikdə etməkdən zövq aldığınız bir fəaliyyətiniz olmalıdır.

Onlar toxunur

Ani toxunuşlar, əl-ələ tutmaq, bir-birinin boynundan qucaqlamaq yaxınlığı daha da artırır. Əl-ələ tutmaqla bir-birinizin qayğısına qaldığınızı bildirmiş olursuz.

Onlar mənasız “amma”lar istifadə etmir

Əgər sizi narahat edən bir şey varsa,  bununla bağlı danışmalısız. Söz atmaqla, ya tənqid etməklə heç nəyi həll edə bilmərsiz.

Onlar bir- birinə “səni sevirəm” deyirlər

İşə getmədən əvvəl sevdiyinizin yanağından öpüb “səni sevirəm” deyin.  İşdən gələndə də eynisini edin. Səhər və axşam öpüşü səbirsizliklə gözlədiyiniz bir şey olmalıdır.

Onlar səmimiyyəti qoruyub saxlayırlar

Sevdiyinizlə hər anınızı birlikdə keçirmək istəyirsiz. Ancaq bu bal ayı da bir gün bitəcək. Bitirsə, sizdəki ehtiras, istək itməməlidir. Xoşbəxt cütlüklər yaxınlıq və romantikliyi hər zaman qoruyub saxlamağı bacarır.

Onlar gəzməyə  birlikdə gedirlər

Evli olsanız da, gecə şam yeməyinə getmək vacibdir. Birlikdə hazırlaşıb, təkbaşına gəzməyə getmək həyəcanı daha da artıracaq.

Bir-birinin işini sevirlər

Bir-birinizin işini sevirsizsə, münasibətiniz çiçəklənəcək. Ən yaxşı tərəfi də harda, necə, kimlə olduğunuzu, nə etdiyinizi danışa biləcəyiniz və sizi zövqlə dinləyən biri var.

Onlar sürpriz edir

Evliliyiniz adi davam etməməlidir. Həyatınız göydəndüşmə, gözlənilməzlərlə bol olmalıdır. Sevdiyinizi spontan sürprizlərlə sevindirin.

Onlar telefonlarını kənara qoyurlar

Bİrlikdə ikən diqqətiniz bütünlüklə bir-birinizdə olmalıdır. Telefonu kənara qoyun. “Twitter”, “İnstagram”, “Facebook” səhərə kimi sizi gözləyə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir