Xoşbəxt olmaq üçün nə qədər əmək haqqı lazımdır? -ARAŞDIRMA

Baxış sayı: 1. 498

Alimlər belə qənaətə gəlmişlər ki, ildə 75 000 dollardan artıq əmək haqqı (Əgər ABŞ-da yaşayırsınızsa) xoşbəxtlik bəxş etmir.

İki Nobel mükafatı laureatçısı Daniel Kaneman və Engus Diton 2010-cu ildə “Xoşbəxtlik üçün nə qədər pul lazımdır?” sualına cavab tapmaq məqsədilə araşdırma həyata keçirmişlər.

Araşdırma Gellap institutu tərəfindən təşkil edilmiş “Rifah indeksi” sorğusu əsasında keçirilmişdir. Bu sorğu isə 2008-2009-cu illərdə edilmişdi və burada 450 min amerikalı iştirak edirdi.
Alimlər belə müəyyən edir ki, insanların maddi vəziyyətləri ilə xoşbəxtlik səviyyələri arasında müsbət qarşılıqlı əlaqə mövcuddur. Lakin əmək haqqı səviyyəsi ildə 75 000 dolları ötüb keçdikdə bu qarşılıqlı əlaqə nəzərə çarpmır. Başqa sözlə desək, gəlirin artması onun sahibini artdığı həcmdə xoşbəxt edir, yəni əlavə xoşbəxtlik gətirmir. Gəliri 75 000 dolları geridə qoyan əmək haqqı sahiblərinə əlavə gəlir artıq xoşbəxtlik bəxş etmir. Bunun üçün onlara digər stimullar lazımdır
Engus Diton-un sözlərinə görə, illik gəlir 75 000 dolları nə qədər çox geridə qoysa, sadə insan məmnunluqları onu daha az xoşbəxt edər. Məsələn, dadlı qida, dostlarla və yaxınlarla ünsiyyət, səyahət və s. Digər sözlə emosional rahatlıq və xoşbəxtlik bəxş edən hər şey onlar üçün öz təsirini itirir. Əldə edilən nəticələr bir daha sübut edir ki, bu halda maliyyə harmoniyası vəsaitlərin çox və yaxud az olmasından daha yaxşıdır.
Araşdırma müəlliflərinin gəldiyi nəticələrə görə, ən xoşbəxt insanlar ildə təqribən 3 min dollar qazanan amerikalılardır. Onlar həyata qarşı daha davamlıdırlar, yəni böhranları, stressi və digər xoşagəlməz halları daha rahat keçirirlər.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir