sac

Yalnız saçı tökülənlər oxusun!

Baxış sayı: 1. 606

Sağlam saçlara qovuşmaq üçün əvvəlcə saçların tökülməsinin qarşısını almaq lazımdır. Çünki nazik, tez qırılıb tökülən saçlar heç vaxt sağlam və gözəl görünə bilməz. Əgər saçlarınızın tökülməsini istəmirsinizsə, aşağıdakı qidaları həftəlik menyunuza daxil edin:

İspanaq və toyuq

Həm ispanaq, həm də toyuq dəmir mənbələridir. Bu mineral  saç köklərinin daha çox oksigenlə təmin edilməsinə səbəb olur. Oksigenlə təmin olunan saç daha tez və sağlam uzanır. Həmçinin, saç telləri güclənir.

İstiridyə

İstiridyələr ən yaxşı sink mənbəyi hesab edilir. Sink saçların sağlam və güclü olması üçün hüceyrələrin daha tez bölünüb çoxalmasını edən bir mineraldır. Saçlar çox vaxt sink çatışmazlığı səbəbindən tökülür.

Şirin kartof

Yüksək miqdarda beta-karoten ehtiva edən şirin kartof saçların daha güclü və parlaq olmasını təmin edir.

Yumurta

Yumurta bol miqdarda protein və amin turşusu ehtiva edir. Saçlar proteinin bir növü olan keratindən meydana gəlir. Ona görə də saçların uzanması, güclənməsi və tökülməməsi üçün proteinlə zəngin qidalanmaq çox vacibdir.

Qızıl balıq

Qızıl balıqda yüksək miqdarda omeqa-3 yağ turşuları var. Bu yağ turşuları saç dərisinin daha nəmli qalmasını təmin edir. Bu da saçların daha parlaq və sağlam olmasını təmin edir. Həmçinin, saçların tökülməsini dayandırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir