Couple at coffee bar

Yaşadığınız hisslər sevgidir, yoxsa bağlılıq? – 6 ƏLAMƏT

Baxış sayı: 1. 798

Bir çox insan hər dəfə münasibətə başladıqda bunun şərtsiz olaraq sevgi olduğunu iddia edir və bu hal hər dəfə də təkrarlanmağa davam edir. Uzunmüddətli münasibət yaşayan insanlar isə həmin insanların bir həyatda bu qədər sevməyi necə bacardıqlarını heç cür dərk edə bilmir. Bir sözlə, gəlin səmimi olaq. Bunların hamısı sevgi ola bilməz. Bu tək qalmaq qorxusudur. Bəlkə biz tək qalmaqdan o qədər qorxuruq ki, kimlə olmağımızdan asılı olmayaraq, bunu sevgi adlandırmağa meylli oluruq. Əgər siz, “axı mən onu necə sevə bilərdim, mənə uyğun olmayan, bu qədər dayaz.. və s… birini necə sevərdim” sualını özünüzə bir dəfə də olsa vermisinizsə, deməli bu sevgi deyil, sadəcə bağlılıq idi. İndi isə sevgi ilə bağlılığı bir-birindən ayıran bəzi nöqtələrə baxaq.

Sevgi ehtirasdır, bağlılıq isə vecsizlik. Burda söhbət ayrılıqdan gedir. Çox vaxt böyük sevgilər bitdikdən sonra, əvəzini nifrət, kin alır, böyük ehtirasla və hirslə bir-birinə nifrət edirlər. Lakin sevmədiyiniz insandan ayrıldıqda, ona nifrət etməyə də vaxtınız olmur. Bu ya narahatlıq ya da mərhəmətlə əvəzlənir, lakin heç vaxt nifrətə çevrilmir.

Sevgi şərtsizdir, bağlılıq isə məqsədlər üzərində qurulub. Siz sevdiyinizdə ancaq həmin şəxs haqqında düşünürsünüz. Həyatınızda ilk dəfə öz mənafenizdən daha üstün başqasının mənafesi olmağa başlayır. Siz onun istəklərini nəzərə almaqla hər bir addımızı atmağa, onun xoşuna gəlməyə və ona xoş gəlməyə çalışırsınız. Bir insana öyrəşdikdə isə, bu hər zaman məqsədlərə bağlı olur. Eqonuzdan keçməyiniz mümkün olmur.

Sevgi hər zaman çətindir, bağlılıq isə sadəcə yan-yana olmadıqda Həqiqi sevgidə hər şey çətindir. Sizə elə gəlir ki sevginiz təmiz və böyük olduğu üçün hər şey asan olmalıdır. Lakin əslində bunun tamamilə əksi olur. Çünki həyatda ən dəyərli şeylər üçün mübarizə aparmaq lazımdır. Siz özünüzü münasibətinizi inkişaf etdirməli və yaşatmalı olursunuz. Bağlılıqda isə, bu tamamilə başqa cürdür. Bütün məsələ həftə ərzində bacardığınız qədər çox görüşməkdə olur. Bu cür münasibətlər olduqları kimi qalır və bir gün mütləq bitir.

SEVGİ

Sevgi azadlıqdır, bağlılıq isə zindan. Siz həqiqətən sevdiyinizdə, həmin insanı daima nəzarət altında saxlamaq ehtiyacı hiss etmirsiniz. Siz sevdiyiniz insanı hiss edə bilmək üçün onun yanında olmaq məcburiyyəti hiss etmirsiniz. Heç vaxt onun sevgisindən şübhə duymursunuz və dözülməz qısqanclıqlar etmirsiniz. Lakin bu bağlılıqdırsa, sizin partnyorunuzu başa düşmək ehtimalınız çox azdır. Siz bir yerdə olmadıqda, şübhələrdən məhv olur, ağlınıza min cür fikir gələ bilir.

Sevgi bütün sərhədləri açır, bağlılıq isə çərçivəyə salır. Dünyada başqa heç bir şey həqiqi sevgi qədər insana öz gücünü açmaqda kömək edə bilməz. Həqiqi sevgi azadlığın tamamilə yeni tərəfinə kəşf etməyinizə, enerjiylə dolmanıza gətirib çıxaracaq. Siz sağsınız və dünyanı yerindən oynatmağa hazırsınız! Bağlılıqda isə hər şey hökm etmək üçün banal mübarizəyə çevrilir. Siz daima özünüzü təsdiq etmək ehtiyacı hiss edirsiniz.

Eşq əbədidir, bağlılıq isə müvəqqəti. Əgər siz həqiqətən sevirsinizsə, bu əsrlikdir, əbədirir. Münasibət alınacaq ya yox- fərqi yoxdur, həmin insan hər zaman sizin qəlbinizdə qalacaq. Bağlılıqda isə bu keçmir. Onun bitmə tarixi var, sünidir. İki tərəfdən biri mütləq bir gün həqiqi sevgisi ilə qarşılaşa bilər və bu bağlılıq yarandığı qədər tez də yox olub gedər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir