yataq otagi

Yataq otağınızda ehtiyac olmayan əşyalar

Baxış sayı: 513

Həyatımızın üçdə birini yataq otağımızda keçirdiyimiz yəqin ki, hamıya məlumdur. Məhz buna görə yataq otaqlarının yaxşı dekorasiyada olması vacibdir. Həm geniş, həm də rahat bir mənzil hamının arzusudur. Bəzən əlavə və lazımsız əşyalarla evi doldururuq. Sonra da bunun çətinliyini çəkirik.

Bu gün bəhs edəcəyimiz səhvlərdən qaçaraq möhtəşəm yataq otaqlarına sahib ola bilərsiniz.

Beləliklə, yataq otağınızda ehtiyac olmayan əşyaları sizə təqdim edirik: 

 

Televizor

Bəzilərimiz yataq otağında televizor saxlamağı və yatmazdan əvvəl ona baxmağı sevir. Halbuki televizor yuxunuza, sağlamlığınıza pis təsir edir. Dizayn baxımdan da otağın yaxşı görsənməyinə mane olur.

 

Açıq rəngli pərdələr 

Yataq otağı üçün ən yaxşı seçim pəncərələri tamamilə örtəcək qalın pərdələrdir. Açıq rəngli və nazik pərdələr işığın içəriyə keçməsinə səbəb olur. Buna görə də rahat yatmaqda problem yaranır. Bunlarla yanaşı, uzun pərdələr divarlarınızın hündür görünməsini də təmin edəcək.

 

Xalçaları otağın ortasına sərməyin

Xalçalar yatağın altına qədər sərilməlidir. Bu, səhərlər qalxarkən ayaqlarınızı xalçanın üstünə qoymağınız və üşüməməyiniz üçün vacibdir.

 

Yatağınızın hündürlüyünə diqqət edin

Çarpayı yerdən nə qədər yüksəkdirsə, özünüzü bir o qədər təhlükəsiz hiss edəcəksiniz. Həmçinin, yataqla döşəmə arasında məsafə az olduqda onun altında saxlama yeri də olmur.

 

Yataq otağınızda qırmızı və ağ rənglərdən çəkinin

Mənzildəki rənglər insanın davranışına, əhvalına təsir göstərir. Rəng seçimindən asılı olaraq özümüzü təhlükəsiz və ya əsəbi hiss edə bilərik. Məsələn, mağazaya gedərkən əksər vaxtlar biz məhsulun keyfiyyətindən çox onun rənginə və dizaynına baxırıq.

Buna görə də otağınız üçün yumşaq rənglər seçmək özünüzü daha rahat hiss etməyə kömək edəcək. Mat və parlaq rənglər arasında qaldığınız zaman, seçiminizi həmişə mat olan tərəfdən istifadə etməyiniz məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir