yeniyetmelik

Yeniyetməlikdə seksual münasibət: valideynlər nə etsin?

Baxış sayı: 1. 899

Yeniyetməlik dövründə olan hər kəsin bütün diqqəti qarşı cinsə yönəlir. Hətta yeniyetmələr qarşı qarşı duyğularının ən yüksək zirvəsini yaşayır. Yetkin biri artıq ətrafındakıları həyatında çox əhəmiyyətli bir yerə aid edir. Valideynlərin də çətinliyi bu andan başlayır. Bəs yeniyetməlik dövründə olan uşaqların qarşı cinslə münasibəti nə vaxt başlayır və valideynlər buna necə yanaşmalıdır?

Yeniyetməlik dövrünü erkən, orta və son olmaqla 3 dövrə bölmək düzgün olar. Yeniyetməlik təxminən 10 il davam edir və qarşı cinsə olan maraq orta yeniyetməlik çağında baş verir.

14-18 yaşında (orta yeniyetməlik dövründə) yeniyetmənin bədənində, ruhi, cinsi inkişafında çətinlik və çox sürətli dəyişikliklər yaranır. Bu dövrdə hormonal dəyişiklik də çox sürətli baş verir. Gənc bu dövrün sürətinə ayaqlaşmaq istəməklə yanaşı, kimliyini dərk etməyə çalışır. Çətin bir dövrlə qarşı-qarşıya olan gənc bir yandan bu dövrə maraqla yanaşarkən, digər tərəfdən onu gözləyən qayğılara görə narahat olur.

 

Yeniyetməlikdə cinsi münasibət: valideynlər nə etsin?

Yeniyetmələr arasındakı sevgili münasibəti qarşılıqlı xoşlanmaqla başlayır. Diqqət çəkmək, qarşı tərəfin marağını qazanmaq üçün əldən gələnlər edilir, sonra bu, sevgili münasibətinə çevrilir. Münasibətə başlamaq yaşı fərqlidir. Çünki bəzi gənclər hisslərini bildirməkdə cəsarətli olsa da, bəziləri utanır, istəklərini daxillərində gizli yaşadırlar. Qarşı tərəfin marağına səbəb olmaq gənc bir fərd üçün əhəmiyyətlidir. Yeniyetmə qarşı tərəfin fikirlərinə uyğun imic sərgiləməyə çalışaraq, həm də özünü tanımağa başlayır. Bu dövrdə qarşı cinslə yaşanan münasibət fərdin gələcəyə hazırlığı üçün təsirlidir.

Uşaqlarının tez təsir altına düşmələri, hətta cinsəllik, qarşı cinslə münasibəti bu dövrdə valideynləri çox narahat edir. Bəzən necə davranacaqlarını bilməyən valideynlər uşaqlarına qadağalar qoymağa başlayır. Valideynlər bu dövrdə olan bütün uşaqların eyni vəziyyət yaşadıqlarını bilsələr və onların tək olmadıqlarını düşünsələr, bəlkə də rahatlayarlar. Buna görə yeniyetmə fərdin qarşı cinslə münasibətini dəyərləndirib, kənardan izləmək övladınızın sizə suallar verməsinə, bəzi şeyləri sizinlə bölüşməsinə kömək edə bilər. Əlbəttə, valideynlər “övladım üzülər, başına pis iş gələr”, – deyə narahat olurlar. Ancaq buna görə qorxub, qadağalar qoymaqla heç nə əldə etmək olmaz. Sevgili olmağın yeniyetmənin ailədən sağlam bir şəkildə ayrılmasına, cinsi baxımdan sağlam böyüməsinə, özünü tanımasına, duyğusal baxımdan inkişafına çox böyük təsiri var.

Valideynlər bu dövrdə uşaqlarının yanında olub, nə qədər dəyərli olduqlarını onlara baş salmalıdırlar. Dəyərli olduğunu, sevildiyini bilən gənc heç vaxt başını dərdə salacaq işlərlə məşğul olmaz. Vacib olanı odur ki, yeniyetməlik dövründəki doğru və yanlışların gənclərin şəxsiyyətinin tamamlanmasına təsir etdiyini bilməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir