-084a8a9a167586622734013970411008810

Əcəllərini özləri yazan məşhurlar

Baxış sayı: 565

Dünyada hər şeyin bir  sonu olduğu kimi, insan həyatının da  mütləq sonu vardır. Lakin bu yazıda məşhur insanlanların qeyri-adi ölüm faktlarını təqdim edirik.

Eramızdan əvvəl 270-ci ildə yaşayan yunan şairi Piletos yuxusuzluqdan dünyasını dəyişmişdi.

Çin imperatoru Qin Şi Huanaq bütün ömrü boyu ölümsüzlüyün dərmanını axtarıb və məhz buna görə mənşəyi məlum olmayan dərmanları içərək vəfat edib.

Eramızdan əvvəl 260-cı ildə Roma imperatoru Valerian  məğlub olduqdan sonra farslar kralı I Şapur tərəfindən əsir götürülmüşdü. Uzunmüddətli işgəncələrdən sonra Valerianın boğazına əridilmiş qızıl tökərək öldürmüşdülər. Sonra I Şapur Roma imperatorunun dərisini soyaraq, cansız bədənini  samanla dolduraraq məbədlərin birində insanlara nümayiş etdirmişdi. Yalnız 3 əsr keçdikdən sonra Valerianın qalıqları dəfn olunmuşdu.

E.ə. 207-ci ildə yunan filosofu Xrissip eşşəyinin əncir yediyini gördükdən sonra gülməkdən ölmüşdü.

1793-cü ildə Frantisek Kotzvara adlı gitarist qızla öpüşən zaman boğulub dünyasını dəyişmişdi.

Çinli şair Li Ponun Çin ədəbiyyat tarixində məşhur  şeirləri ilə tanınır. Tez-tez spirtli içkilər qəbul edən  Li Po bir axşam “Yantszı” çayında   suda  əks olunan Ayla qucaqlaşmaq istəyərkən, boğulub ölmüşdü.

1850-ci ildə ABŞ-ın 12-ci prezidenti olan Zakari Teylor tədbirlərin birində çoxlu dondurma yedikdən sonra mədəsində güclü ağrılar başlamışdı. Ağrılardan əziyyət çəkən Zakarı Teylor 5 gündən sonra vəfat etmişdi.

1941-ci ildə məşhur yazıçı Şervud Anderson məclislərin birində təsadüf nəticəsində  diş çöpü udduğuna görə bir müddətdən sonra  mədə-bağırsaq iltihabından ölmüşdü.

1884-cü ildə dedektiv Allan Pinkerton ayağı ilişərkən dilini dişləyib və bu yaranın qanqrenaya çevrilməsi nəticəsində həyatını itirmişdi.

1943-cü ildə tənqidçi Aleksandr Uollcott Hitler haqqında danışarkən infarktdan dünyasını dəyişib.

1978-ci ildə pop müğənnisi  Klaud François su ilə dolu vannada dayanaraq lampanı dəyişərkən   cərəyan vurması nəticəsində  vəfat etmişdi.

1993-cü ildə məşhur aktyor Brus Li-nin oğlu Brandon Li kino çəkilişində ölüb.Belə ki döyüş səhnəsi çəkilərkən tapançadakı boş mərmilərin içində gizlənən həqiqi mərmi onun ölümünə səbəb olmuşdu.

Məşhur viskinin yaradıcısı kodunu unutduğu seyfi açmağa çalışan zaman əsəbləşərək seyfi təpikləməyə başlayır və həmin  zaman ayaq barmaqlarını qırır. Bundan bir müddət sonra  qan zəhərlənməsindən vəfat edir.

İsveç kimyaçısı Şeelinin qəribə bir vərdişi var idi. O, ixtira etdiyi kimyəvi məhlulların dadına baxırdı. Elə onun ölümünə də qəribə vərdişi səbəb oldu. İcad etdiyi zəhərin dadına baxan kimyaçı  laboratoriyasında ölmüşdü.

İsveç kralı Addolf Frederik yemək yeməyi çox sevirdi və onun yeməyə olan bu sevgisidə ölümünə səbəb oldu. O, 1771-ci ildə süfrədəki müxtəlif çeşidli yeməklərlə yanaşı, sevdiyi şirniyyatdan 14 ədəd yedikdən sonra ölmüşdü.

1974-cü ildə məşhur teleaparıcı Kristin Çabbak apardığı verilişdə intihar edib. İnsanlara üz tutaraq o, bu sözləri deyib: “Bizim kanalımız artıq 40 ildir ki, müxtəlif xəbərləri sizə birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”,- deyərək o, tapançasını çıxarıb başına atəş açaraq özünə qəsd edib.

Məşhur sehirbaz Qriqori Rasputin bir neçə insan tərəfindən zəhərlənir, lakin ölmür. Sonradan düşmənləri  sehirbazı güllə ilə vurub sonra əskiyə bükərək çaya atırlar.  Lakin çox maraqlıdır ki, ekspertlər Rasputinin donma nəticəsində öldüyünü müəyyən ediblər.

1928-ci ildə məşhur rusiyalı həkim Aleksandr Boqdanov cavanlaşmaq uçün müxtəlif yollara əl atırdı. Apardığı təcrübələrdən birində təsadüf nəticəsində ona vərəm və malyariya xəstəliyindən əziyyət çəkən insanların qanı vurulur və bir neçə müddətdən sonra o ölür.

Müasir rəqsin yaradıcısı hesab edilən İsadora Dunkanın başına örtdüyü şal onun ölümünə səbəb olur. Belə ki, 1927-ci ildə İsadoranın ipəkdən olan şalı idarə etdiyi avtomobilin sükanına ilişir. Böyük güclə boğazını sıxan şalı yanında oturan violonçel ifaçısı və gözəllik ustası onun boynundan çıxarmağa çalışsalar da, bunu bacarmırlar və rəqqasə dünyasını dəyişir.

2003-cü ildə Alyaskada yaşayan  məşhur zooloq Timati Tredvell qulluq etdiyi ayıların biri tərəfindən parçalanmışdı.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir