İnsanlar xarici görünüşünə və düşüncə tərzinə görə bir- birlərindən fərqlənir. İnsanlardünyanı beş duyğu orqanı ilə qavrayırlar. Xarici dünya ilə bağlı eyni qavrayışlar müxtəlif insanlarda çox fərqli təsirlər yarada bilər. Bir insanı xoşbəxt edən bir şey, başqa bir insanı kədərləndirə bilər. Çünki hər bir insan məlumatlar beyinə daxil olduğu andan etibarən onları öz keçmiş təcrübələrinə, inanclarına və dəyərlərinə görə süzgəcdən keçirir və bu nöqtədə xaricdən aldığı informasiyalar daxili duyğuları yaradır. Daxili duyğular (təmsil sistemləri) vasitəsilə insanın təcrübə və düşüncələri dəyişə və təsirlənə bilər. İnsanlar adətən özlərinə məntiqli göründüyü üçün qərarlar qəbul edirlər və qəbul etdikləri qərarların məntiqə əsaslandığını düşünürlər. Halbuki əslində bu qərarlar məntiqə əsaslanmır, sadəcəvizual (görmə), audial(eşitmə) vəkinestetik (toxunma), digital (məntiqi analiz) baxımdanonlara mənalı gəldiyi üçün qəbul edilir və sonradan bu qərarları başqalarına qarşı məntiqi şəkildə əsaslandırmağa çalışırlır. Şəxsi inkişaf (NLP) sahəsində bu duyğulara “təmsil sistemləri” deyilir. Hər bir insanın informasiyaları qəbul etmə və mənimsəmə üsullarında fərdi üstünlük təşkil edən bir təmsil sistemi mövcuddur. Tədqiqatlar sübut edir ki, ünsiyyət zamanı və öyrənmə prosesində qarşı tərəfin təmsil sisteminə uyğun davranmaq prosesin effektivliyini və məhsuldarlığını gücləndirir.
1) Vizual təmsil sistemi üstünlük təşkil edən insanların xüsusiyyətləri və öyrənmə tərzləri
- Məlumatı ilk olaraq gözləri iləqəbul edirlər.●Rəng, parlaqlıq, görüntü və kontrast onlar üçün çox önəmlidir.●Tez nəticə çıxarmağı, səliqəli görünməyi və səliqəli yerdə olmağı sevirlər.●Onların duruşu dik, bədən hərəkətləri gərgin olur, insanlarla məsafəli olmağı xoşlayırlar.●Danışanda tez-tez “görürəm”, “baxıram” kimi ifadələrdən istifadə edirlər.●Xarici görünüş onlar üçün prioritetdir.
Vizual tipli öyrənənlər məlumatı şəkillər, qrafiklər, rənglər və sxemlər vasitəsilə daha yaxşı anlayırlar. Onlar üçün yaddaş vizual assosiasiyalar üzərində qurulur.
Onların öyrənmə tərzi:
- Məlumatı rənglərlə, diaqramlarla, xəritələrlə təqdim etmək faydalıdır. ● Dərs zamanı müəllimin jestləri və lövhədəki yazılar onların öyrənməsinə kömək edir. ● Mətni oxumaqdansa şəkil və sxemlərə baxmaq daha effektlidir. ● Şagird zehnində məlumatı “görür” və “xatırlayır”.
2) Audial təmsil sistemi üstünlük təşkil edən insanların xüsusiyyətləri və öyrənmə tərzləri
- Göz təması qurmağı az sevirlər, başlarını bir az yana əyərək dinləyirlər.● Danışanda sözlərin düzülüşünə və ifadə tərzinə diqqət edirlər.● Səs-küyə qarşı çox həssasdırlar, qarışıq səslər onları yorur.●Ünsiyyətdə “eşidirəm”, “dinləyirəm”, “qulaq as” kimi ifadələrdən istifadə edirlər.●Danışanda tonları ahəngli, ritmik və melodik olur.●Təkcə danışmağı yox, dinləməyi də sevirlər.● Onlar üçün “Yüz dəfə görməkdənsə, bir dəfə eşitmək yaxşıdır.” prinsipi işləyir.
Audial tipli öyrənənləreşitdikləri məlumatları daha asan yadda saxlayırlar. Onlar səs, ritm və ton vasitəsilə öyrənməyə üstünlük verirlər.
Onların öyrənmə tərzi:
- Müəllimin danışığını dinləmək, müzakirələr aparmaq, qrupda fikir bölüşmək onların öyrənməsini gücləndirir. ● Məlumatı yüksək səslə təkrarlamaq yadda saxlamaq üçün vacibdir. ● Ritmik təlim, musiqi və ya şeirlə öyrənmə çox effektlidir.
3) Kinestetiktəmsil sistemi üstünlük təşkil edən insanların xüsusiyyətləri və öyrənmə tərzləri
- Sakit, yumşaq və daha yavaş hərəkət edirlər.●Bədən dilləri güclüdür — toxunma, yaxınlıq və fiziki kontakt onlar üçün normaldır.●Soyuq, isti, ağrı, yumşaqlıq kimi hisslərə qarşı çox həssasdırlar.●Çox vaxt yavaş və dərin nəfəs alırlar.●Bəzən sürətli danışıqları və qarışıqlığı sevmirlər.● Rahat geyimi sevirlər, çünki bədən rahatlığı onlar üçün daha vacibdir.●Danışanda tez-tez “hiss edirəm”, “ürəyimdən keçir” ifadələrdən istifadə edirlər. ●Çevrəyə və insanlara toxunaraq əlaqə qurmağı sevirlər.
Kinestetik tipli insanlar hərəkət, toxunma, təcrübə və hissetmə vasitəsilə öyrənirlər.
Onların öyrənmə tərzi:
- Əşyaları əllə toxunaraq, modellər üzərində işləyərək öyrənirlər. ● Dərsdə işləyərək öyrənmək, eksperiment aparmaq və hərəkətli fəaliyyətlər vacibdir. ● Uzun müddət hərəkətsiz oturmaq onların öyrənməsini çətinləşdirir.
4) Digital təmsil sistemi üstünlük təşkil edən insanların xüsusiyyətləri və öyrənmə tərzləri
- Digitallar sıxılmış düz görünüşə sahib olurlar.● Praktik olaraq jestikulyasiya etmirlər, monoton, intonasiyasız danışırlar, onları qavramaq bəzən çətin olur.● Digitallar insanlar üçün özünəməxsus bir tipdir.● Digitallar hiss edə bilmirlər, lakin güclü analiz qabiliyyətinə malikdirlər.●Danışanda tez-tez “məntiqlə düşünəndə”, “analiz edəndə” ifadələrindən istifadə edirlər.● Onlar daha çox məna, məzmun, əhəmiyyət və funksionallıq üzərində düşünürlər və əksər qərarları məntiqlə verirlər.
Digital öyrənənlər məntiq, analiz və sistemli düşünmə tərzi ilə öyrənirlər. Onlar məlumatı duyğu ilə deyil, anlama və səbəb-nəticə əlaqələri ilə mənimsəyirlər.
Onların öyrənmə tərzi:
- Məlumatı strukturlaşdırmaq, plan qurmaq, məntiqi ardıcıllıqla izah etmək istəyirlər. ● “Niyə?”, “Necə?” sualları onlar üçün əsasdır. ● Onlar üçün məlumatın əsaslandırılması və sübutu vacibdir.
Hər bir insanda bütün təmsil sistemləri mövcuddur, lakin məlumatın qavranılması və mənimsənilməsi zamanı zehin informasiyanı fərdi xüsusiyyətlərinə əsaslanaraq avtomatik olaraq vizual, audial, kinestetik və digital sistemlərinin üstünlük sırasına görə müəyyən ardıcıllıqla emal edir və bu insanın öyrənmə tərzinin formalaşmasında çox mühüm rol oynayır. Pedaqoji təcrübələr göstərir ki, fərqli öyrənmə tipləri informasiyanın analiz edilməsində spesifik kognitiv və davranış modelləri nümayiş etdirir. Digital öyrənənlər məlumatı eşitdikdən sonra dərhal məntiqlə emal edir və analitik nəticəyə gəlir, vizual öyrənənlər informasiyanı yazılı şəkildə formalaşdırdıqdan sonra fikirlərini ifadə etməyə üstünlük verir, kinestetik öyrənənlər daha çox emosional reaksiya ilə cavab verir, audial öyrənənlər isə əsasən informasiyanın səsləndirilməsini yenidən tələb etməyə meyillidirlər.
Bəs sizdə hansı təmsil sistemi üstünlük təşkil edir?
k.ü.f.d., Nigar Babayeva








































































































































































Mükəmməl👏
Mükəmməl, bu qədər gözəl izah ola bilməzdi..👏❤️
çox gözəl izah etmisiniz❤️