Masin

Əfsanəvi “QAZ-24” qayıtdı – BAX BU CÜR

Baxış sayı: 2. 515

Büdcəniz imkan verirsə, problemsiz istədiyiniz maşını ala bilərsiz. Üstüaçıq və ya üstübağlı, fərq etməz. Təsəvvür edin ki, üstüaçıq maşınla şəhərdə gəzirsiz. Hansı hislər keçirərdiz? Ətrafdakıların, digər sürücülərin reaksiyası necə olardı?

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, əsl kabrioletlərə həmişə böyük maraq var. Şəhərdə nadir hallarda görünən üstüaçıq maşınlar diqqət çəkir. Ancaq “yığılma” kabriolet təkcə böyük diqqətə yox, həm də müzakirələrə səbəb olur.

Rusiyada yaşayan maşın həvəskarlarından biri 1973-cü il istehsalı olan “tökülmüş” “Volqa” alaraq onu inanılmaz vəziyyətə gətirib (yaxşı mənada). QAZ-24-ün damını kəsdirən səbəbkar mühərrikə də əl gəzdirərək kabriolet düzəldib. Arxa qapıları da yeniləyib. Fərq onların əks istiqamətə açılmasıdır.

Rəngin qara seçilməsi də təsadüfi deyil. Şəhərdə digər maşınlarla yanaşı gedəndə “Volqa Kabriolet” gözəlliyi ilə hamısından seçilir. Yan tərəflərə də xüsusi aeroqrafiya vurulub. Oturacaqların bənövşəyi rəngdə olması da “gözəl”ə xüsusi gözəllik verir.