2024-cü ilin gəlişinə çox az qalıb, bu o deməkdir ki, yeni ilin trendlərini öyrənmək vaxtıdır. Cinslər mövsümlərdən asılı olmayaraq, gündəlik stilimizin əsasını təşkil edir. Odur ki, dizaynerlər tez-tez fərqli cins modelləri ilə bizi sevindirməyə çalışır.
Həmişəkindən fərqli olaraq 2024-cü ildə hündürbel cins şalvardan tutmuş, karqo modellərə qədər bir neçə variant dəbdə olacaq.
Geniş
Geniş balaqlı cins şalvarlar moda arenasında güclü mövqeyini qoruyur və 2024-cü ildə də trend adını qürurla daşımağa davam edəcək. İstər klassik orta belli, istərsə də bel hissəsi daha aşağıda bitən modellərə qədər bir çox seçim var. Əsas odur ki, cins şalvar kifayət qədər uzun olsun, əks halda enli ayaqlar boyunuzu kəsəcək.
Kovboy
Əlbəttə ki, kovboy cinslər düz və ya geniş modellərlə eyni populyarlıq səviyyəsi ilə öyünə bilməz, lakin moda arenasındakı sabit yerlərini qoruyurlar. 2024-cü ildə Edi Sliman onları idman ayaqqabısı və müxtəlif üst paltarlarla geyinməyi təklif edir: köynəklərdən sviterlərə qədər. Nəticədə 2010-cu illərin estetikasını xatırladan obraz alınacaq.
Düz kəsim
Düz kəsimlər də ən azı bir mövsüm daha bizimlə olacaq. Və bu, modapərəstləri sevindirməyə bilməz. Cins şalvarların düz silueti ombada möhkəm oturur və dizdən genişlənir, lakin kovboy stili kimi nəzərə çarpmır. Düz kəsim cins şalvar istənilən bədən quruluşunu gözəlləşdirə bilər, həmçinin idman ayaqqabılarından dəri çəkmələrə qədər bir çox ayaqqabı ilə yaxşı uzlaşır. Onların həm hündürbel, həm də qısabel varinatlarını tapa bilərsiniz. Brendlərin çeşidində düz kəsimli şalvarların böyük çeşidi var: sadəcə olaraq sizin üçün ideal olan variantı seçməlisiniz.
Karqo
Bəli, biz də təəccüblənirik, lakin karqo yenidən trend siyahısındadır. Trend bizim təsəvvür etdiyimizdən daha uzunmüddətli oldu. Beləliklə, keçən yazdan aldığınız karqo cins şalvarınızı 2024-cü ildə də rahatlıqla geyinə bilərsiniz. Onlar yenidən trendlər arasındadır. “Karqoları” ənənəvi olaraq həm rahat idman geyimləri, həm də dar köynəklər və dabanlı ayaqqabılarla geyinə biləcəksiniz.
Ultra hündürbel
“Miu Miu” və “Gucci” cinslərin qısabelli variantlarını gündəmə gətirsə də, “Loewe” kolleksiyasındakı cins şalvarın onsuz da yüksək belini az qala sinə səviyyəsinə qədər “qaldırıb”. Belə bir radikal tendensiyanı sınamağa hazır deyilsinizsə, sizə uyğun olan hündürbelləri alın və əmin olun ki, səhv etməyəcəksiniz.