cadu

21-ci əsrdə davam edən “cadugər ovu” – Burada cadu edəni diri-diri basdırırlar

Baxış sayı: 1. 191

3 əsr boyunca Avropada bir çox qadınlar cadugər elan edilərək öldürülüb. Bununla birlikdə yalnız Avropada deyil, bütün dünyada bir çox bu kimi qadın qətl edilib. “Cadugər ovu” orta əsrlərdə son dərəcə yayğındır. İnkişaf etmiş cəmiyyətlərdə hazırda belə bir təcrübə yoxdur. Ancaq 21-ci əsrdə olsaq da, təəssüf ki, bəzi inkişaf etməmiş ölkələrdə qadınlar və kişilər hələ də cadugər elan edilir və öldürülürlər. Əsrlərdən bəri gələn bir ənənə olaraq görülən bu vəziyyət hələ də Qanadan Səudiyyə Ərəbistanına, Hindistandan Keniyaya qədər davam edir.

21-ci əsrdə kişi və qadınların cadugər elan edilərək öldürüldüyü yerlərdən biri olan Hindistanın Assam şəhərinə daha yaxından nəzər salaq:

Bu günədək Assam şəhərində cadugərliklə məşğul olan təxminən 200 nəfər öldürülüb. Cadugər “ovu” Çin, Banqladeş, Butan və Myanma ilə çoxsaylı sərhədləri bölüşən səkkiz əyalətdən ibarət geniş bir Şərqi Himalay bölgəsi, Hindistanın şimal-şərqindəki bəzi yerli qəbilələr arasında hələ də davam edir.

Bu bölgələrdə təhsilin, normal səhiyyə xidmətlərinin və inzibati qaydaların olmaması cadugərlik mövzusunda yerli inancların 21-ci əsrə qədər gəlib çıxmasına səbəb olub.

Bu bölgələrdə 2017-ci ilə qədər baş verən cadugər “ov”larında ən azı 193 adam öldürülüb. Oktyabr ayının əvvəlində Assam şəhərinin “Karbi Anglong” bölgəsindəki kənddə iki qadının ölümünə səbəb olması ittihamı ilə 50 yaşlı cadugər qadın öldürülüb.

Qadınların günahkar olduğunu sübuta yetirən məhkəmənin qərarına etiraz edən 28 yaşlı bir gənc oğlan da döyülərək öldürülüb. Başqa bir hadisədə isə 80 yaşlı cadugər qadın diri-diri torpağa basdırılıb.

Assam bölgəsində “Cadugər ovunun qarşısının alınması və qorunması” qanunu var. 2015-ci ildə qəbul edilmiş bu qanun 2018-ci ildə qüvvəyə minsə də, bir çox insanlar hələ də “cadugər” kimi ittiham edilir və öldürülür.

2018-ci ildə qəbul edilən qanunlara görə, cadugərdən zərər görmüş şəxslərə təzminat da ödənilməlidir. Lakin bölgədəki aktivistlər heç bir təzminatın ödənilmədiyini deyirlər.

Turan Oruc

assam




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir