Elçilik adətləri

Baxış sayı: 16. 875

Hisar-Monaco-Cay-Seti

 

Kiçik elçilik

Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

“Elçiliyə gecə getməzlər”.
“Elçilərin qarşısına qoyulan çay içilməz”.
Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.
Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum – əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.
Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, – deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

E l ç i l i k

Ata ailəyə yaxın olan adamları – əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alardılar.
Oğlanın bacısı və ya gəlinləri qızı görüb, bir də ağzını “arayırdı”. Qızın razı olduğunu görəndə öz fikirlərini ona deyirlər. Sonra qızın anasının yanına gəlib eyhamla bildirirlər ki, “bəs filan gün sizə gəlirik, elçiliyə”.
Qızın anasıda evdəkiləri bundan xəbərdar edir. Yaxın qohumlardan evə çağırırlar. Məsləhətləşdikdən sonra əgər öz aralarında razılığa gəlirlərsə, qızın da fikirini öyrənirlər. Bunu da qıza yaxın olan bacı, gəlin, ana və ya rəfiqəsi soruşur. Qız razı olduğunu bildirmək üçün həmişə : “özünüz bilərsiz” deyir.
Təyin olunmuş gündə elçilər gəlir. Uzun söhbətdən sonra mətləbi açıb deyirlər. Əgər qız tərəf razı deyilsə, rədd cavab verir. Bu söz daha dəyişilmir. Əgər razıdırsa deyir ki, “qoy bir fikirləşək, götür -qoy edək məsləhətləşək, sonra qərara gələrik. İndi isə qonağımızsınız”.
Oğlan evi aradan bir müddət keçdikdən sonra yenidən, ikinci dəfə elçiliyə gəlir. Yenədə əvvəldən qız tərəfi xəbərdar edirlər ki, “sizə gəlirik”.
Qız evi bu dəfə hazırlıqlı olur. Qonum – qonşudan da ağsaqqal, ağbirçək dəvət edirlər.
Oğlanın elçiləri gəlir. Onları yuxarı başa keçirirlər. Qız tərəf də əyləşir. Bu məclisdə həm qadınlar, həm də kişilər iştirak edir. Təkcə qızın anasından başqa. O da otağa girib çıxır, ancaq onlarla oturmur.
Bir qədər söhbətdən sonra oğlan tərəfdən bir nəfər mətləbi gətirir əsas məsələnin üstünə. Qız tərəfə üzünü tutub, soruşur ki: “ hə, indi sizin son sözünüz nədir?” Qız tərəfdən də əmisindən, dayısından biri bir qədər yüngülcə minnətdən / daha qapımıza gəlmisiz, duz-çörək kəsmişik və s./ sonra “Allah mübarək eləsin”, “Xoşbəxt olsunlar” deyir. Oturanlar da birağızdan “Amin” söyləyirlər. Yeni qohumlar bir-birlərini təbrik edirlər.
Qızın bacısı və ya gəlinləri çay gətirir. Hamı “şirin çay” içir. Bundan sonra bəzən yemək də verirlər. Elçilər gedəndən sonra qızın bacısı və ya gəlinləri “gəlinin” “bacılığı”gilə yollanırlar. Çünki elçi gələndə qız evdə oturmaz. Onlar qıza mübarək deyir və evə gətirirlər. Evdə qızı qardaşları, ata-anası təbrik edəndə o, həmişə ağlayır.

 

 




5 şərh “Elçilik adətləri

  1. Günel

    Bu biraz çox uzun uzadi yazilib. İndi brlə şey yoxdu. Elçi geder 2-3 nefer qadin. Qiz evi qou fikirləşək deyər. Razi olduqlarinda xeber olunar. Oğlan evinə. Oğlan evindən bu defe 2-3 nefer ağsaqqal kişi, 2-3 nefer qadin həriyə gələr. Şirin çahi da qiz gətirər. Yox əyər həri nişan bir yerdedise biraz çox adam olar

    Cavabla
  2. Lale

    Bir sual verim sirin caya qoyulan şirinlik ucun pul kime catir? Geline ya sufreden cayi yigisdirana?

    Cavabla

leyla üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir