Elvis Presli

Məşhurların qəribə ölümləri

Baxış sayı: 2. 380

2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Stiv İrvin

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Elvis Presli

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanınözü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

Aysedora Dunka

1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub. Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb. Əvvəlcədən qurulmuş plana əsasən 16 dekabr 1916-cı ildə knyaz Yusupov Rasputini öz evinə gətirir. Burada birlikdə nahar edirlər. Rasputinə naharda mərgümüş zəhəri qatılmış şirniyyat və çaxır verilir. On nəfəri öldürmək gücünə malik zəhər qatılmış çaxırdan içən və şirniyyatdan yeyən Rasputin ölmür. Onun ölmədiyini görən Yusupov silahla onu arxadan güllələyir, sonra silahı Purişkeviçə verir. Purişkeviçin 3 gülləsindən də sonra ölməyən Pasputini nəhayət donmuş Neva çayına atırlar. Böyük ehtimalla, bu sirli insan çayda donaraq ölüb.

Qriqori Rasputi
Məşhur viski istehsalçısı Cek Deniel 1911-ci ildə işə tez gələrək ofisin kassasını açmağa cəhd edib. Şifrəni heç cür yadına sala bilməməyinə əsəbiləşərək kassanı təpikləməyə başlayan Deniel ayaq barmaqlarını zədələyib. Daha sonra isə infeksiyadan dünyasını dəyişib.

Məşhurların uğursuz və qəribə ölümləri

Bobbi Liç 1911-ci ildə Niaqara şəlaləsindən çəlləyin içində tullanan ikinci insan kimi tarixə düşüb. Bir gün Liç Yeni Zelandiyada gəzərkən ayağı bir portağal qabığına ilişib və sürüşüb. Nəticədə ayağı qırılıb. Ayağının biri kəsilsə də, həkimlər Liçin həyatını xilas edə bilməyib.

Bobbi Liç

Bəstəkar, orkestr şefi Jan-Batist Lyulli 1687-ci ildə fransız kralı XIV Lüdovik üçün Te Deum adlı əsəri çalanda həyatının axarı dəyişib. Ritmə aludə olan Lyulli bütün gücü ilə çubuğunu ayağına vurub. Bir müddət sonra ayaq barmağı qanqren olan Lyulli barmağının kəsilməyinə razı olmayıb və dünyasını dəyişib.

 

Jan-Batist Lyulli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir