Şəkildə gördüyünüz Səfəvi hökmdarı Şah İsmayıl Xətainin fərmanıdır.
Fərmanda Səfəvi hökmdarının Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin etməsi əks olunub. Fərman “Əbülmüzəffər sözümüz” başlığı altında verilib:
“”Əbülmüzəffər” I Şah İsmayılın ləqəbi olub. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında “sözümüz” yazılması da çox diqqətəlayiqdir və Şah İsmayılın ana dilinə – Azərbaycan türkcəsinə münasibətini bariz surətdə ifadə edir. Fərmanda əmr mənasında doğma dilimizdəki “buyuruq” sözünün işlədildiyini görürük. Hicri tarixlə 917-ci il rəbiüləvvəl ayının 7-də, miladi tarixlə 1511-ci ilin 5 iyununda imzalanmış bu fərmanın dilinin sadəliyi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətləndəndir”.