xərçəng

Evimizdəki hansı əşyalar xərçəng yaradır?

Baxış sayı: 1. 869
Xərçəng gizli bir xəstəlikdir və hər kəsin bir gün bu xəstəliyə tutulma ehtimalı var. Evinizdə gündəlik olaraq istifadə etdiyiniz bəzi əşyalar isə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Ən azından öz evinizdə tədbir almağa çalışaraq, bu qorxunc xəstəliyə qarşı qoruna bilərsiniz. 
Aşağıdakı məhsulları həyatımızdan çıxara bilməsək də, onları alternativ vasitələrlə dəyişdirməyə çalışmalıyıq.
Otaq təravətləndirici ətirlər
Çox gözəl qoxu verən otaq ətirlərinin tərkibindəki “formaldehid” adlı maddə özü-özlüyündə orqanizm üçün təhdiddir. Mümkün olduqca, tərkibində təbii yağlar olan məhsulları seçin.
Dekorativ boyalar
Taxta rənglənməsində istifadə edilən yapışqanların, boyaların və həlledici məhlulların tərkibində də kanserogen maddələr var.
Avtomobil məhsulları 
Təmizlik məhsulları ilə yanaşı, motor bazasında istifadə olunan məhsulların çoxu toksit maddələrdir. Bu cür məhsulları mümkün qədər evinizdən uzaq tutmağa çalışın.
Şam 
Süni şəkildə hazırlanmış şamlardan imtina etməyə çalışın, təbii maddələrdən hazırlanmış olanları seçin. Çünki şamlar əriyərkən  tərkibindəki bəzi zərərli maddələr ətrafa yayılır və bu da xərçəng riski formalaşdıra bilər.
Boyalar 
İçində uçucu orqanik maddələrin miqdarı ən az olan məhsulu seçməyə çalışın. Əlbəttə, belə məhsulların qiyməti da yüksək olacaq. Amma sizin və sevdiklərinizin sağlamlığı üçün pul xərcləməyə dəyər.
Quru təmizləmə
Quru təmizləməyə mümkün qədər az müraciət etməyə çalışın. Əgər hansısa əşyanızın quru təmizləməyə getməsi vacibdirsə, maye-karbon üsulunu istifadə edən quru təmizləmə dükanlarına müraciət edin.
Mikrodalğalı soba 
Əsla mikrodalğalı soba istifadə etməyin. İstifadə edirsinizə, plastik qablarda yemək qızdırmayın.
Xalça təmizləyici şampunlar 
Kimyəvi şampunların əvəzinə təbii maddələr ilə hazırlanan məhsulları istifadə etməyə çalışın. Kimyəvi maddələrlə zəngin olan şampunların tərkibində kanserogen maddələr yer alır ki, bu da orqanizmə ziyan vurur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir