bosanma

Şəkidə qadın ərindən boşanmaq üçün ağlasığmaz üsula əl atıb – VİDEO

Baxış sayı: 2. 263

Şəki sakini 32 yaşlı Nigar Məhəmmədli onu aldatdığını iddia edərək həyat yoldaşı Sabirabad sakini 34 yaşlı Qəhraman Qəhrəmanovdan ayrılmaq üçün ağlasığmaz üsula əl atıb.

Nigar əvvəlcə həyat yoldaşına şəhərdə ona oxşayan başqa bir qadının olduğunu deyib.

Bir müddət sonra isə əri ilə bazarda qarşılaşanda özünü ona oxşayan qadın kimi təqdim edib.

Bu tərəflər arasında mübahisəyə səbəb olub. Səs küyə gələn polis əməkdaşları cütlüyü şöbəyə aparıb.

Dindirilmə zamanı Nigar Məhəmmədlinin yalan danışdığı məlum olub.

Qəhrəman Qəhrəmanov utanaraq üzünü bağlasa da arvadı ondan ayrılmaq istədiyini, əsəbləşərək belə etdiyini və məqsədinin ərinin başqa qadınla əlaqəsinin olub olmadığı öyrənmək olduğunu deyib.

Gənc qadını hadisə yerindən uzaqlaşdırmağa cəhd edən taksi sürücüsü Şəki Məmmədov da dindirilib.

O, Nigar Məmmədlini tanımadığını müştəri kimi maşına mindiyini qeyd edib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Saxlanılan Nigar Məhəmmədli bir vaxtlar şou xarakterli verilişlərin birində münsifləri inandıraraq, biznes açması üçün onlardan 8000 manat pul da almışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir