Bir çox milyonerlər ali təhsil müəssisələrində təhsil almayıblar, lakin bu hal onlara şirkətlər yaratmağa və milyonlarla pul qazanmağa maneə yaratmayıb.
Dünaynın ən bahalı idmançılarından biri Tayger Vuds professional qolf oyunçusu olmaq istədiyi üçün Stenford universitetində təhsildən imtina etmişdi. Bugünkü gündə onun gəlirləri ildə 100 milyon dollar təşkil edir.
Ledi Qaqa kimi tanınan Stefani Coan Ancelina Cermanotta Manxettendə Müqəddəs Ürək qadın monastır məktəbin tələbəsi olmuşdu. Lakin o, mügənni olmaq istədiyi üçün 11 tədris ilindən sonra məktəbi atmışdı.
Harrison Ford Viskonsin ştatında fəlsəfə öyrənirdi, lakin o, kinoda kiçik rollara görə buraxılış imtahanlarından imtina etmişdi. Təxminən 10 ildən sonra o, “Amerika qraffitiləri” filmində rol alır və şöhrət qazanır.
Məşhur aktyor Tom Henks teatrda çıxış etmək istədiyi üçün təhsili atmışdı.
Mark Sukerberq Harvardda oxuyarkən ən məşhur sosial şəbəkəni “Facebook”u ixtira etmişdi. Facebook şöhrət tapır və Mark təhsildənn imtina edərək Palo- Alto-da şirkət yaradır.
Məşhur memar, filosof və ixtiracı Bakninster Fuller iki dəfə Harvard universitetindən xaric olunmuşdu. Lakin onun yaradıcı ideyaları ona milyon dollarla pul qazandırmışdı.
Əgər əfsanəvi Stiv Cobs universitetə qəbul olsaydı, dünya «Macintosh», Ipod, Iphone kimi ixtiralara şahid olmayacaqdı. Bu şəxs «Apple»və «Pixar» şirkətlərini təsis etmişdi.
Hazırda dünyanın ən varlı insanlarından biri Bill Qeyts 1973-ci idə Harvard universitetinə qəbul olunmuşdu. Lakin cəmi 2 ildən sonra o, təhsilini atır və öz uşaqlıq dostu ilə birlikdə «Microsoft» şirkətini yaradır.