komputer

Kompüter önündə çox oturan uşağın… – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 652

Aparılan araşdırmalara görə, uşaq və yeniyetmələr texnologiyadan daha çox əyləncə məqsədilə istifadə edirlər. Sözsüz ki, texnologiyanın zərərləri ilə yanaşı faydaları da var. Məsələn, gündə maksimum 1 saata yaxın kompüterdən istifadə etmək uşaqların öyrənmə sürətini artırır. Onlar texnologiya sayəsində öz təcrübələrini istiqamətləndirir, müəyyən proqram və oyunlarda çətinlik dərəcəsini seçirlər. Türkiyəli psixoloq Duyqu Almaz bildirir ki, texnologiyanın dərs və ev tapşırıqları edən uşaqlara böyük faydası var. “Gencaile.az” Aile.lent.az-a istinadən mütəxəssisin texnologiya və uşaq mövzusunda fikirlərini təqdim edir.

Psixoloq internet sayəsində uşaqların məktəbin təqdim etdiyindən əlavə materiallar tapa bildiyini əlavə edir. Ancaq uzun müddət davam edən, məqsədindən yayınan internet və kompüter istifadəsinin zərərləri fiziki olaraq problemlər yaradır. Məsələn, duruş və skelet sistemi, görmə, az hərəkət və radiasiya riski kimi problemlər meydana gəlir: “Diqqətini bütünlüklə cizgi filminə yönəldən uşaq gündəlik həyat bacarıqlarından uzaqlaşaraq, həddindən artıq yemək yemə kimi problemlə qarşılaşır. Uşaq fiziki ehtiyaclarının sərhədinin fərqində olmur. Onların internetdə tanış olduğu dostları və qarşılaşdığı mühitlər qarşıdakı ictimai həyatına təsir edir. Nəticədə uşaq reallıqdan uzaqlaşaraq, virtual dostluqlara daha çox üz tuta bilər. Bu da uşaqda özünə güvən duyğusunun azalmasına yol açar. Eyni zamanda, cəmiyyətə qarşı mənfi duyğu və düşüncələr inkişaf edə bilər, ünsiyyət qurmaqda çətinlik çəkər”.

0-2 yaş arası dövrdə tövsiyə edilməyən başlıca texnologiya vasitəsi televizordur. Mütəxəssis bildirir ki, dil inkişafı baxımından daha çox vizual və şəkilli hekayələr əhəmiyyət daşıyır: “2-6 yaş arasında maksimum 1 saat və şiddət ehtiva etməyən, müsbət ictimai mesajlar verən cizgi və sənədli filmlər izlənilə bilər. Uşaqlar televizora baxa bilərlər, lakin yaşlarına və vəziyyətinə uyğun proqramlara baxması əhəmiyyətlidir. Şiddət, hirs, təcavüzkarlığa meylli, uşağa mənfi istiqamətdə təsir edən tele-məhsullar olmamalıdır”.

Valideyn işlə məşğul olan zaman uşaq özünə xas fəaliyyətlərlə başın qatmalıdır. Mükafat olaraq televizora baxmaq müddəti sabit tutulmalı və valideynlər bu mövzuda qərarlı olmalıdırlar: “Televizor izlərkən uşaq tək olmamalıdır, baxılan proqramda mövzu açıqlanmalıdır. Gecə yatmayan, yemək yeməkdə çətinlik çəkən uşaq televizor qarşısında sakitləşdirilməməlidir, valideyn dəstəyi ilə ehtiyaclarını yaşamalıdırlar. Valideynlər bu texnoloji inqilab qarşısında qalib gəlməyi öyrənməlidir. Hər sahədə olduğu kimi, bu da ardıcıl və qərarlı davranaraq həyata keçirilə bilər. Texnologiyanın istifadəsi mövzusunda sərhəd qoyulmalı və bunlara mütləq riayət olunmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir