ish

İş görüşməsinə gedənlər üçün 10 məsləhət

Baxış sayı: 1. 667
Xüsusilə iş axtardığınız bir dövrdəsinizsə bəlkə də, həftədə 2 dəfə müsahibələrdə olursunuz. Onlarla müsahibədə olmanıza baxmayaraq hələ də gözlədiyiniz zəng gəlmirsə, onda deməli bu səhvlərdən birini edirsiniz. Daha uğurlu bir müsahibə üçün gözünüz qalereyamızda olsun.
 
1. Gecikmək 1-0 geridə başlamaqdır
 
Müsahibəniz 14:00-dadırsa və siz 14:05-də içəriyə daxil olmusunuzsa, artıq özünüz haqqında ilkin neqativ rəyi formalaşdırmısınız. Ancaq biz yarım saat əvvəldən gedib gözləmə otağında oturmağınızı da tövsiyyə etmirik. Bu sizi bir az boş-bekar göstərəcək. Görüşə 10 dəqiqə qalmış daxil olsanız idealdır. Əgər tez getmisinizsə vaxtınızı şirkətin koridorlarında yox ona yaxın başqa bir məkanda keçirin.
 
2. Yalnış geyim seçimi ən çox edilən səhvlərdən biridir
 
Təbii ki, ciddi geyim həmişə üstünlükdür. Ancaq ola bilsin, müraciət etdiyiniz şirkətin profili tamam başqadır. Yaxşı olar ki, getməzdən əvvəl şirkətin saytını, ya da sosial şəbəkə hesablarını bir azca qurdalayın.
 
3. “Təzəcə çəkilmiş tütün qoxusu”
 
Bu iyi siqaret çəkən də, çəkməyən də hamı tanıyır. Ola bilər siz stresslisiniz, ancaq bunu müsahibədən sonraya saxlayın.
 
4. Gözləmə otağında telefonla oynamaq yerinə masa üstünə qoyulan jurnalları vərəqləyin
 
Həm bilmək olmaz, bəlkə, o 10 dəqiqə içərisində jurnaldan tapdığınız bir məlumat sizə içəridə müsbət xallar gətirəcək.
 
5. Enerjinizi resepşndakı şəxsə uyğun namizədmiş kimi görünmək üçün sərf etməyin
 
Bu səhvi çoxları edir. Sizi işə götürəcək şəxs o deyil. Ancaq ,əlbəttə, aqressiv də görünməyin.
 
6. Otağa əliboş girin
 
Bəlkə də, müsahibədən sonra harasa gedecəksiniz və ya hardansa gəlirsiniz. Yenə də, bu bəhanə deyil ki, siz HR-ın otağına torbalarla girəsiniz. Hələ qışdırsa heç demirik! Kurtkanızı, şərfinizi gözləmə otağında qoyun. Sadəcə bir qələm, bir bloknot, bir də tərcümeyi-halınızla CV-nizi qoyduğunuz kiçik bir qovluq bəsdir.
 
7. Nəbadə həddindən artıq rahat olasınız!
 
Ola bilər ki, şirkətin aurası və müsahibəni sizdən götürəcək şəxs sizi çox rahatladıb. Ancaq heç məsləhət deyil ki, informal davranasınız. Bu heç vaxt yaxşı sonluqla nəticələnmir.
 
8. “Bir az özünüzdən bəhs edin” hissəsinə diqqət!
 
Çox namizəd elə bu hissədə artıq uduzmuş olur. 15 dəqiqə nəfəs almadan bütün həyat hekayənizi əzbərləmiş kimi danışmayın. HR-da özünüzə maraq oyandırın. Hər şeyin sadəcə qısa xülasasini deyin. Bu onu sizə sual verməyə məcbur edəcək.
 
9. Söz kəsməyin
 
Ümumiyyətlə, bunu həyatınızın heç bir mərhələsində etməyin.
 
10. Nə dediyiniz qədər, inanın ki, necə dediyiniz də önəmlidir
 
Hər nə qədər möhtəşəm bir CV ilə müsahibəyə getsəniz belə, tez-tez qələmlə oynayan əllər, şıqqıldayan barmaqlar, donub qalmış gözlər və ya HR ilə vizual əlaqədən qaçmaq sizin haqqınızda “özünə inamı olmayan” bir imic yaratmağa bəsedəcək.
 
Bədən dilini istifadə etməyi bacarın, bu sadəcə siyasətçilərin işi deyil.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir