yuxu

Yuxu arzusunda olanlar üçün 5 məsləhət

Baxış sayı: 1. 493

Hər bir insan bəzən yatmaq istədiyinə rəğmən, yuxuya gedə bilməmək kimi narahatlıqla üzləşir. Xüsusən valideynlər bu problemlə daha çox üzləşirlər.
Arzu olunan rahatlığı tapmaq üçün aşağıdakıları tövsiyyə edirik:

1. Kifayət qədər yuxu almırsınızsa, rejiminizi səhmana salın.

2. Çətinliklə yuxuya gedirsinizsə, gecə vaxtı aşırı qida qəbul etməyin, süd məhsulları və meyvə yeməyin. Əvəzində tərəvəz şorbası yeyin, razyana və nanəli çay için. Çaya 1 çay qaşığı bal əlavə etməyi unutmayın.

3. Daha tez yatmağa getmək istəyirsinizsə, lakin adət etdiyiniz vaxtdan öncə yuxuya gedə bilmirsinizsə, kiçik qurtumlarla, ağızda bir az saxlamaq və yavaş-yavaş udmaqla ilıq ballı süd için. İmkan daxilində lavanda ətirli buhur, şam və ya aroma lampa yandırın.

4. Rahatsızsınız və yuxuya gedə bilmirsinizsə, pişik otu, yemişan və damotu cövhərləri qəbul edin.

5. O dərəcədə yorğunsunuz ki, bədəndə olan yorğunluq və ağrılar yuxuya getməyə imkan vermirsə, o zaman sərin duş qəbul edin. Bədəninizi duz və soda ilə sürtələyin ki, bədəndə bütün gün ərzində yığılan süd turşusu çıxsın. Duşdan sonra çobanyastığı və cökədən hazırlanan ballı çay içməyi unutmayın. Kürəyi üstə uzanıb, rahatlanın və tezliklə yuxuya gedəcəksiniz.

Bütün bunlardan əlavə olaraq, hər gün təmiz havada gəzinti, otağın havalandırılması və sərinliyi, rahat yataq, yaxınların sevgisi və istisi yuxu pozan bütün amilləri uzaqlaşdırır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir