aile

Sevgini qoruyub saxlamağa imkan verən 10 vərdiş

Baxış sayı: 1. 961

Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi  Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi işləyib hazırlamışdır. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır:

1. Onlar eyni vaxtda yatmağa gedirlər
Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar.

2. Onlar ortaq maraqları inkişaf etdirirlər
İlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s.

3. Onlar gəzərkən əl-ələ tuturlar
Özümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür.

4. Onlar «güvən və əfv» rejiminə əməl edirlər
Fikir ayrılığı və dava-dalaş hər kəsin başına gəlir. Xoşbəxt cütlüklər tez bir zamanda incikliyi unuda və barışa bilirlər. Paranoya, deyingənlik, inciklik — tez bir zamanda boşanacaq «luzerlər» üçündür.

5. Onlar öz partnyorlarının harda səhv etdiklərinə deyil, nəyi düzgün etdiklərinə fikir verirlər
İşdə, məişətdə istənilən adama baxıb çoxlu səhv tapmaq mümkündür. Amma niyə axı? Psixoloqlara münasibətin qızıl qaydası məlumdur: 1 tənqidə 10 kompliment düşür.

6. Onlar işdən qayıtdıqdan sonra bir-birlərin qucaqlayırlar
Bizim bədənimiz çox güclü «fiziki yaddaşı» var. Bir-birimizi nə qədər çox qucaqlayırıqsa, bir o qədər də bunu etmək xoş gəlir. Bu, bir növ asılılıq yaradır,  amma xeyirli asılılıq.

7. Onlar «səni sevirəm», «günün xoş keçsin» sözlərini hər gün deyirlər
Bu sözlər səbr qazanmağın bir üsuludur. Sizə gün ərzində tıxaclarda, uzun növbələrdə dayanmaq və digər xoşagəlməz hallarla qarşılaşmaq lazım gələcək. «Səni sevirəm» sözü isə bunun acığını evdəkilərdən çıxarmağa maneə olacaq.

8. Onlar bir-birlərinə «gecən xeyrə qalsın» deyirlər
Belə baxanda bu, xırdalıqdır, amma bu xırdalığı yaddan çıxarmaq lazım deyil. Dalaşıb-dalaşmamağınızdan asılı olmayaraq partnyorunuza gecən xeyrə qalsın deyin. Bu, qayğının bir formasıdır.

9. Onlar işdə olarkən gündə bir neçə dəfə zəngləşirlər
Partnyorun ofisinə zəng etmək və şlərinin necə getdiyini soruşmaq — hər iki tərəfin də əhval — ruhiyyəsini qaldırmaq üçün yaxşı üsuldur.

10. Onlar bir-birlərinə toxunurlar
İctimai yerlərdə bir-birinizin əlinə və digər yerlərinə (burda ayıb heç nə yoxdur) toxunmaqdan çəkinməyin. Bunlar partnyorları bir-birinə daha da yaxınlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir