oturmaq

Çox oturmağın zərərləri – ARAŞDIRMA

Baxış sayı: 1. 689

Gün ərzində 10 saatdan artıq oturaq həyat tərzi keçirən insanlar sağlamlıqlarını ciddi təhlükə qarşısında qoyurlar. Bu qənaətə Kanadanın Ontario uşaq xəstəxanasının alimləri apardıqları araşdırmalardan sonra gəliblər. Çox saat oturaq həyat tərzi keçirməyin mənfi nəticələrindən hətta ən yaxşı fiziki formada olan insanlar da qaça bilmir. Təcrübələr uşaqlar üzərində aparılıb. Onlar maraqlı televerişlərə baxan müddətdə uşaqların qan təzyiqi və nəfəsalma templəri öyrənilib. Alimləri ilk növbədə uşaqların məktəbdə dərslərdə oturaq vəziyyətdə olarkən bunun onların sağlamlığına necə təsir etməsi maraqlandırıb. Nəticələr ürəkaçan olmayıb. 2 – 7 saat oturduqdan sonra uşaqların qanında şəkərin miqdarı aşağı düşüb. Həmçinin “yaxşı” xolosterin də azalıb. Gün ərzində 7 saatdan artıq oturaq işlə məşğul olan qadınlarda isə gün ərzində 3 saat oturaq işlə məşğul olan qadınlarla müqayisədə onkoloji xəstəliklərə tutulmaq riskləri artır. Çox oturmaq kökəlməyə də səbəb olur. Alimlər müəyyənləşdiriblər ki, hər gün 2 saat oturmaq kökəlmə risqini 5 faiz artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir