13608277_10154294714447445_1022177860_n

Tanınmış ginekoloqla futbol söhbəti: “Mən Almaniya deyirəm”

Baxış sayı: 1. 963

Tanınmış Ginekoloq-həkim Rəşad Sultan həm də əsl futbol azarkeşidir. Onunla bu dəfə ginekologiyadan yox, məhz futboldan, daha doğrusu bu axşam artıq yarım final oyunlarından biri oynanılacaq Avropa Çempioantı barədə söhbət etdik.

– Rəşad doktor, sizi həm də futbol azarkeşi kimi tanıyırıq. Yəqin ki, sona yaxınlaşan Avropa Çempionatının oyunlarını da qaçırmırsınız…

– Əlbəttə. Təcili əməliyyat çıxmasa, oyunları qaçırmıram.

– Hansı proqnozlarınız özünü doğrultdu?

Favoritlərimdən ancaq Almaniya irəlilədi. Ümumiyyətlə, sürpriz komandaların üzə çıxdığı bir çempionat oldu.

– Sürprizlər necə? Hansı komandalar istəniləni verə bilmədi, sizcə?

–    Aşkar favoritlərdən İngiltərə və İspaniya gözləniləni vermədi. İngiltərə zatən hər çempionatdakı kimi ancaq adıyla favorit sayılırdısa, İspaniyanın oyun stilinin artıq özünü doğrultmadığını göründü. Daha doğrusu, bu, kəşf edilərək İtaliya tərəfindən açıldı. Xorvatiya və Belçika ümidləri doğrultmadı. Yenə də bu nəticələr həmin komandaların pis oynadığını göstərmir, sadəcə, bu, futboldur və bu çempionatda heç kim zəif oynamır.

–  Türkiyə xəyal qırıqlığı yaratdı, sizcə əsl səbəb nə idi?

– Mən Türkiyənin nəticəsini xəyal qırıqlığı hesab etmirəm. Rəqiblər çox güclü idi. Düzdür, taktiki quruluşun səhv olduğunu mən də düşünürəm. Belə ki, Xorvatiya və İspaniyaya qarşı orta səhədə top tutaraq oynamaq mümkün deyildi, güclü müdafiəyə söykənən sürətli əks hücum taktikası daha yaxşı olardı. Amma ölüm qrupunda 3-cü olmaq da uğurdur.

– UELS-in boyundan yuxarı tullandığını demək olarmı?

– Bəli, UELS-in nəticəsi sürpriz sayıla bilər. Amma play-off sistemində belə hallar olur, sistemin məqsədi də bu tip sürprizlərə yer açıb çempionatları maraqlı etməkdir zatən.

– Ronaldonun tilsiminin açılacağını gözləyirsinizmi?

– Milli komandalarda ulduzların adət etdiyimiz oyunlarını görə bilməməyimiz futbolun sistem və komanda oyunu olduğunu bir daha sübut edir.

– Sizcə, finalda kimləri görəcəyik?

– Almaniya və Portuqaliya. ↓

Euro-2016-Germany-Stunned-Ukraine-in-Their-First-Game-2

– Bəs kuboku kim başı üzərinə qaldıracaq?

– Yenə də Almaniya deyirəm.

– Azərbaycanı bu çempionatda görürdünüzmü?

– Bəlkə oxuyanlar məni qınayar, amma bizimlə bərabər oynayan Albaniya, bizim udduğumuz Şimali İrlandiya varsa, Azərbaycan niyə olmasın?! İslandiya örnəyi hamımız üçün bir stimul olmalıdır. Çalışmalıyıq ki, 2020-də burda öz komandamıza azarkeşlik edək.

Söhbətləşdi: Vüsal




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir