usaq

Ağlayan uşağı sakitləşdirmək olmazmış – ARAŞDIRMA

Baxış sayı: 2. 005
Avstraliyada valideynlərin ağlayan uşaqlarına necə münasibət göstərməsi ilə bağlı bir araşdırma hazırlanıb. Alimlər valideynlərə tövsiyə edib ki, uşaqlar ağlamağa başlayandan bir müddət sonra onları sakitləşdirmək üçün hərəkətə keçsinlər. 
7 aydan 6 yaşa qədər olan 326 uşaq üzərində aparılan araşdırmanın nəticələrinə görə, ata-analar ağlayan uşaqlarını nə qədər gec susdursalar, bir o qədər uğurlu nəticə əldə edirlər. Bunun adına “nəzarətli ağlama” deyilir. Belə ki, valideynlər uşaq ağlayandan sonra gözləmə müddətini hər dəfə artırır və onlar öz-özünə sakitləşmə vərdişi qazanırlar.
Araşdırmanın rəhbəri Anna Price deyib: “Ata-analar uşaq ağlamağa başlayandan sonra bir gecə 2 dəqiqə, növbəti gecə 5 dəqiqə müdaxilə etmədən gözləməyi öyrənsinlər. Bu, uşağa ziyan deyil. Amma valideynlər uşaq ağlayan kimi onun qapısını bağlayıb, onunla maraqlanmırmış kimi etməsin. Hərdən otaqlarına gedib, nə etdiyi ilə maraqlansın. Bu halda uşaq da, ana da sağlam bir gecə keçirə biləcək”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir