pese

Yüksək tələbatı olan 5 YENİ PEŞƏ

Baxış sayı: 1. 592

İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə və texnologiyalar sahələrinin sürətli inkişafı yeni ixtisaslar və bu ixtisaslar üzrə mütəxəssislərə tələbat yaradır.

Tələb olunan yeni peşələrdən bəzilərini diqqətinizə çatdırırıq:

Radioaktiv əczaçılıq üzrə mütəxəssis

Bu vəzifəni ancaq radiokativ tibb sahəsi üzrə aidiyyatı təhsil almış, yüksək ixtisaslı bir həkim icra edə bilər. Belə bir mütəxəssisə ankoloji xəstəliklərin müalicəsi üçün zəruri olan tomoqrafiya, radionuklid əczaçılıq və şüa (radiasiya) terapiyası sahələrində böyük tələbat olacaq.

Tibbi avadanlığın təmiri üzrə usta

Bu və ya digər xəstəni müalicə edən həkimlər, müasir texnologiyalar vasitəsilə müalicə prossesini təmin edən tibb işçiləri ordusunun görünən tərəfidir. Mürəkkəb biotibbi avadanlıqların təmiri və onların hər zaman işlək vəziyyətdə olmasına nəzarət edə biləcək ustalara tələbat həmişə var. Xəstəxanalardakı çarpayılar, elektrik təkərli kürsülər, mürəkkəb diaqnostik sistemlər və digər həyati vacib avadanlıqlar zəruri ustalarsız tez bir zamanda sıradan çıxacaq.

Risklərin idarəolunması üzrə mütəxəssis

Müasir cəmiyyətimizdə informasiya təhlükəsizliyi hər bir şirkətin büdcəsində birinci yerdə durur. Şirkətin həssas hissələrini qorumaq və qiymətli informasiyanın oğurlanmasının qarşısını almaq təhlükəsizlik üzrə mütəxəssisin məsuliyyətidir. O, mövcud riskləri qiymətləndirir və ehtiyyat tədbirləri görür. Bu vəzifəni aidiyyatı sahə üzrə ixtisasartırma keçmiş İKT mütəxəssisləri icra edə bilər.

Sağlamlıq – Konsultant

Komanda işi və şəxsi yanaşma bacarığı olan məşqçi hələ də böyük tələbatı olan xidmətlər sırasındadır. Yaxın gələcəkdə əmək bazarında yeni bir vəzifə yaranacaq və bu vəzifə öz sahəsi üzrə yeni mütəxəssislər tələb edəcək. Bu Sağlamlıq (Fayda) – Konsultantıdır. Bu vəzifəni icra edənlər işçilərin şəxsi sağlamlıqlarını qiymətləndirəcək və onların hər birinə fərdi sağlamlıq strategiyası təqdim edəcəklər.

Şirkətdaxili psixoloq

Şirkətdaxili psixologiya HR menecerlərin səlahiyyətlərinə daxildir, amma bu onların bir başa icra etməli olduqları iş deyil. Şirkətə şirkətdaxili psixoloq iş əmsalını, işçi məmnuniyyətini artırmaq, eləcə də işçilərə yeni bacarıqların öyrədilməsi üçün lazımdır. Bu əməkdaş iş əmsalı, sağlamlıq və təhlükəsizlik sahələri üzrə şirkətin bir sıra proqramlarına rəhbərlik edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir