sevgi

Evli bəy və xanımların kurort macəraları

Baxış sayı: 1. 720
Kurort macəraları hələ bəşəriyyəti ilk kurortlar yaranandan həyəcanlandırmağa başlayıb. Alimlər çoxdandır ki, bu fenomen üzərində düşünürlər. Bu barədə kitablar yazılır. Son illər hətta elm də kurort macəralarına münasibət bildirməyə başlayıb. Məsələn, alimlər aydınlaşdırıblar ki, istirahətlər  zamanı romantik münasibətlər xüsusi hormonların formalaşmasına təkan verir. Ona görə də kurort macəraları həvəskarları öz sevgi romanlarına elmi baxımdan haqq qazandıra bilərlər. Statistik araşdırmalar da kurort macəralarına biganə qalmayıb. Belə ki, romantik münasibətlərdən ötrü məzuniyyətə yollanan kişilər 67 faiz, qadınlar isə 34 faiz təşkil edir. Əgər kurortlara ailəli qadınlar üstünlük verirsə, kişilər isə bütün sosial qruplar üzrə və yaşlarda istirahətə can atırlar. Hətta, məzuniyyət macəralarının 12 faizinin məntiqi sonluğu ailə qurmaqla nəticələnir.
Məşhur psixoterapevt, Moskva Psixoanaliz İnstitutunun professoru Aleksandr Poleyev əminliklə bildirir ki, qadınlar 23-50 yaşında, kişilər isə 18 yaşından başlayaraq təklikdə istirahətə gedirlər. Çox vaxt da əsas məqsəd belə səyahətlərdə sevgi macəraları yaşamaqdır: “Əgər təklikdə istirahət edirsənsə, niyə də yeni sevgilər yaşamayasan?”
Əlbəttə, istirahəti evlilik statusundan asılı olmayaraq hər kəs seçə bilər. Bununla belə, çox vaxt səyahətə evli kişilər və ərli qadınlar üstünlük verirlər. Çünki tənha insanlar üçün bunun o qədər də fərqi yoxdur – onlar macəraları yaşadıqları yerdə də gerçəkləşdirə bilərlər. Ancaq ailə məsuliyyəti olan insanlar üçün ailədən kənarda 2-3 həftəlik istirahət yeganə şansdır: “Ona görə insan barmağındakı nişan üzüyünü çıxarır. Çox vaxt kişilər də tanış olduqları qızlara artıq boşandıqlarını deyirlər”.
Bəzi psixoloqlar kurort macəralarına daha çox kişilərin can atdığını deyirlər. Onlar bunu daha çox kişilərin xarakteri ilə əlaqələndirirlər: «Bunun əsasında daim özünü təsdiq yanğısı, emosional soyuqluq və yeni uğurlara cəhd hissləri dayanır. Onlar il ərzində etdikləri istirahətlər zamanı bəlkə 2-3 dəfə qadınları dəyişirlər. Kişi kollektivlərində işləyən kişilərin kurort macəralarına daha çox ehtiyacı olur”. Psixoloq inandırır ki, istirahətə tək getməyə üstünlük verən insanlar hətta bunu özlərinə etiraf etməsələr belə, əlaqə qurmaq məqsədləri güdürlər. Ekspertlər əminliklə bildirirlər ki, son illər kurort macəraları xəyanətlərə alışıb. Məsələn, əgər əvvəl macəra yaşayan qadın səyahətdən qayıdandan sonra baş verənləri şirin-şirin xatırlayırdısa, indi müasir kommunikasiyalar vasitəsilə yenidən əlaqə qurur. Əgər elektron ünvan, skayp, sosial şəbəkə varsa nəticədə kurort romanları inkişaf edir. Həkim Poleyevin statistikasına görə, bu münasibətlərin müəyyən faizi ciddiyə çevrilir: “Səyahət romanlarının davam etməsi əsasən qadından asılıdır. Sadəcə, bu gün bir qrup qadınlar yaranıb ki, onlar kurort macəralarına 20 il bundan əvvəlki qadınlardan fərqli olaraq fərqli baxırlar. Onlar kişilər kimi hesab edirlər ki, nəyisə sonralar xatırlamaq üçün anlardan zövq almaq lazımdır. Münasibətləri sonradan davam etdirmək onlara maraqlı deyil”. Bəzi qadınlar üçünsə bu cür macəralar özünə heyranlıqla qiymət vermək kimi dəyərləndirilir. Elələri də var ki, kurort macəralarını özləri üçün səadət sayırlar. Ancaq ekspertlər mümkün xoş olmayan sonluqları da unutmamağı məsləhət görürlər. Bu, ilk növbədə planlaşdırılmamış hamiləliklə bağlıdır: “Əgər statistikaya inansaq, bu cür vəziyyətlərdə 80 faiz hamiləlik arzuolunmadan baş verir və onların əksəriyyəti abortla nəticələnir. Bu, daha çox əyalətlərdən və əhalinin kasıb təbəqəsindən olan qadınlar arasında baş verir”. Rusiyada tibbi göstəricilərə görə abortların dörddə biri məhz bu səbəbdən yaranır. Ona görə də mütəxəssislər məsələyə ciddi yanaşmağı məsləhət görür, macəra romanları yaşayanları ilk növbədə təcili metodlardan yararlanmağa çağırırlar. Əlbəttə, söhbət kurort macəralarından gedirsə, məsələ heç də seksual zorakılıqla bağlı deyil, ilk növbədə insanın öz sağlamlığının qayğısına qalmasıdır.
Psixoloq Elnur Rüstəmov istirahətə tək yollanmağı dövrün tələbi kimi dəyərləndirir: “Keçən əsrin ortalarında Avropa dövlətləri «İnsan azad olmalıdır, heç kəsin qarşısında məsuliyyəti olmamalıdır» fikrini təlqin etməyə başladılar və o maneəni keçdilər. Get-gedə Azərbaycanda da bu problem yaşanır: «İstirahətə tək getmək”. Bəzən bir evin içində yaşayan ər-arvadın bir-birinə yabançı olduğunu söyləyən psixoloq bildirir ki, belə ailələrdə kəsin öz düşüncəsi, öz yanaşması olur: “Bu, əslində dövrün, sivilizasiyanın problemidir. Onlar təklikdə istirahətə can atırlar. Ancaq unutmaq lazım deyil ki, tərəflər bərabər şəkildə istirahətə gedəndə istirahət anlam kəsb edir. Əks təqdirdə, insan tək dincələndə müəyyən ekstrim yaşaya bilər. Yəni azadlığın pik həddində ola bilər. Zaman keçdikcə bu insanda müəyyən psixoloji problemlərin yaranmasına da səbəb olur. İnsanlar istirahətə tək getməyə ona görə can atırlar ki, onlar özlərini tapmağa, içlərindəki psixoloji və mənəvi boşluğu doldurmağa can atırlar”.
Amerikalı sosioloqlar isə hesab edirlər ki, təklikdə istirahət və sevgi macəraları yaşamaq ömrü uzadır: “Kurort macəraları artıq elmin də diqqətini bu istiqamətə yönəldib. Əgər alimlər kurort macəraları üzərində düşünürlərsə, demək, macəralar boşuna yaşanmır…” (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir