Amerikanın Pensilvaniya ştatında yeni ailə quran cütlüyün toy hədiyyələri oğurlanıb.
Lenta.ru saytının xəbərinə görə, gənc cütlük oğurluq hadisəsi barədə toydan bir gün sonra xəbər tutub. Oğurlanan hədiyyələrin ümumi məbləği 10 min dollar olub. Emi və Ceyson adlı gənclər öz toylarını dostlarının fermasında qeyd ediblər. Mərasimə isə yüzə yaxın adam qatılıb.
Ər-arvadın dediyinə görə, hədiyyələr evdən 20 metr aralıda olan eyvanda olub və səhərə yaxın yerində tapılmayıb.
Oğurluq hadisəsini aşkarlayan kimi yeni evli cütlük ətrafı axtarmağa başlayıb. Amma hədiyyələr yerində olmasa da, onların üzərinə yapışdırılmış açıqcalar yerdə imiş. Konkret nələrin itdiyini bilmək üçün gənclər qonaqlara zəng edib və hər kəs öz hədiyyəsini və onun məbləğini deyib. Son vaxtlar Amerikada belə hallar çoxalmağa başlayıb.
Baks vilayətində də qısa müddət öncə yeni evlənən cütlüyün 400 dollar dəyərindəki hədiyyəsi oğurlanıb.