isiq

Enerji qənaəti üçün qaydalar

Baxış sayı: 2. 085

Evlərinizdə enerjiyə necə qənaət edəcəyinizi bilmirsiniz? 

O zaman “Gencaile.az” Publika.az-a istinadən təqdim edəcəyi bu məqalə sizin üçün çox faydalı olacaq.

1. Soyuducunuzu soba, radiator kimi istilik verən texnikalardan uzaqda yerləşdirin.2. Soyuducunuzda  həddindən artıq buzlanma görəndə buzları qırmağa çalışın. Həddindən artıq buzlanma enerji istehlakını artırır.

3. Soyuducunu yerləşdirərkən sağının və solunun boş olmağına diqqət edin.

4. Günəş işığından uzaqda yerləşdirin.

5. Mövsümi parametrlərini vaxtında dəyişdirin.

1. Maşını yerləşdirərkən sağının və solunun boş olmağına diqqət edin.2. Paltalarınızı quruda bilən paltaryuyan maşınları daha çox enerji sərf edir. Paltarlarınızı maşında qurutmaq əvəzinə ipdən asmağa üstünlük verin.

3. Paltarları yumağı çətinləşdirən və daha çox enerji sərfinə səbəb olduğu üçün paltaryuyan maşınınıza daha çox yuyucu tökməyin.

4. Paltarlarınızın çirki daha azdırsa ekonomik proqramda yuyun.

5. Paltarlarınızın sayı da daha azdırsa ekonomik proqramda yuyun.

6. Paltaryuyan maşınınıza həddindən artıq paltar yerləşdirməyin.

1. Qablarınızı maşına qoymamışdan əvvəl dəsmal ilə silsəniz daha az enerji, su və yuyucu sərf olunacaq.2. Qabyuyan maşında qablar yuyulub bitdikdən sonra maşının qapağını açıq saxlayaraq qabların qurumağına kömək edin.

3. Qabyuyan maşınınıza həddindən artıq qab yerləşdirməyin.

4. Qabyuyan maşın alanda aşağı temperatur seçiminin olmağına diqqət edin.

1. Paltarların daha düzgün asılması ütü ilə daha az vaxt keçirməyinizə, həmçinin daha az enerji sərf etmənizə səbəb olacaqdır.2. Ütünüzün temperaturu kifayət qədər olacağından əmin olduqdan sonra paltarların ütülüyüb qurtarmağına 5 dəqiq qalmış ütünün dəmir bağlayıcısını (tokunu) çıxardın.

3. Ütünün termostatını parçaya görə ən aşağı səviyyəyə endirin.

4. Ütünü alarkən buxar seçimli və buxar tutumu yüksək seçimli, termostat seçimli və evdəki suyun istifadəsinə uyğun olan ütü alın.

 

1. Sobada yemək bişdiyi zaman sobanın qapağını həddindən artıq açmayın.2. Lazım olmadığı zaman əvvəlcədən sobanı isitməyin ya da isitmə müddətini azaldın.

3. Donan bir yeməyi sobada isitmək əvəzinə otaq temperaturunda isitmək həm sağlamlığımız həm də enerji qənaəti üçün daha sərfəlidir.

4. Sobanı yeməm tamam bişməmişdən bir neçə dəqiqə əvvəl söndürün. Bununla siz ailə büdcənizə kömək edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir