Evliliklərində xoşbəxt olan ər-arvad xoşbəxtliklərini gücləndirmək üçün bəzi davranışlara diqqət göstərərlər. Siz də yoldaşınızla xoşbəxt olmaq və bu xoşbəxtliyi davam etdirmək istəyirsinizsə bu xəbərdarlıqlarımıza qulaq asın:
Evliliklərində xoşbəxt olan cütlüklər
- Hər şeydən əvvəl evlilikdəki xoşbəxtliyin sevgi, hörmət və etibardan keçdiyini bildikləri üçün o nöqtələrə çox diqqət yetirərlər.
- Həyatlarının birinci planına özlərini xoşbəxt etməyi deyil yoldaşlarıyla birlikdə xoşbəxt olmağı qoyarlar.
- Birlikdə olduqları zamanları gözəl keçirməyə diqqət göstərərlər.
- Müsbət düşünərlər.
- Eqoist deyildirlər.
- Gözəl və yumşaq xasiyyətli, xoşgörüşlü və bağışlayıcıdırlar. Kin tutmaz, intiqam arxasında qaçmazlar.
- Yoldaşlarının yerinə qərar verməz; qərarları birlikdə alarlar.
- Yoldaşlarının kiçik xətalarını böyütməzlər.
- Yoldaşlarının nələrdən xoşu gəldiyini, nələrdən gəlmədiyini bilər, ona görə davranarlar.
- Evlilikdəki xoşbəxtlik yolunun fədakarlıqdan keçdiyini bilərlər.
- Ailələrinə zaman ayırar, həftə sonları birlikdə olmağa diqqət göstərərlər.
- Evə gəldiklərində işyerinin çətinliklərini qapının qarşısında buraxıb içəriyə təbəssümlə girərlər.
- Yoldaşlarında səhv axtarmazlar.
- Öz məsuliyyətlərini dərk edirlər. “Aman canım mən etməsəm də olar, evdə edən biri var” deyərək yoldaşlarının fədakarlıqlarını istismar etməzlər.
- Evlilik həyatlarını monotonluqdan qurtarmaq üçün səy sərf edərlər.
- Bədən dillərini istifadə etməsini bilərlər. Yoldaşlarının sevgi dillərini yaxşı anlarlar.
- Yoldaşlarını tənqid etməzlər. Tənqid etmək məcburiyyətində qalsalar diqqətli olarlar. Evdəki çatlayan divarı düzəldəcəyəm deyə evin təməl dirəklərini yıxmaz, çatlağı nəzakətli təmir edərlər.
- Yoldaşlarının hər dediyinə etiraz etməzlər.
- Yoldaşlarının xoşbəxtliyi üçün bəzi zövqlərindən imtina edərlər.