pul

“Papanın gül balaları” ilə zəhmətkeş insan arasında 15 fərq

Baxış sayı: 2. 088

Atası hesabına varlanan insanlarla, öz zəhməti və şəxsi keyfiyyətləri sayəsində böyük nailiyyətlər əldə edən insanlar bir-birindən dərhal seçilir.

“Gencaile.az” Publika.az-a istinadən atasının hesabına var-dövlət sahibi olanlarla öz zəhməti, əziyyəti sayəsində varlanan insanlar arasındakı 15 qəribə fərqi təqdim edir:

1. Pul ikisi üçün də əhəmiyyətlidir. Lakin atası sayəsində zəngin olan insanlar başqasının pullarını xərcləməklə məşğul olarkən, öz zəhməti ilə varlanan insanlar daim öz üzərində çalışır və pul qazanmağın yeni yollarını axtarır.

2. Atadan zəngin olan insanlar bəzən nə iş gördüklərini belə bilmədiyi halda, öz bacarıq və şəxsi keyfiyyətləri sayəsində zəngin olan insanlar hər gün işə gedir, bütün işlərə şəxsən özü nəzarət edir. Aparılan araşdırmalar da göstərir ki, sıfırdan zəngin olan insanlar çox vaxt yuxuda da iş düşünürlər. Onlar günün istənilən vaxtı maraqlı layihələr fikirləşib tapmaq, inanılmaz investisiyalar həyata keçirmək iqtidarındadır. Ən əsası zəhmətkeş və intellektual rəhbərlərini işçilər də çox sevir. Atası sayəsində zəngin olan insanlar isə işə getmir, sadəcə, işə baş çəkirlər. Bir qayda olaraq iş yeri onların yadına pul lazım olanda düşür.

3. Atasının hesabına varlanan insanların ən böyük üstünlüyü şanslı doğulmalıdır. Belələrinin demək olar ki, əksəriyyətinin heç bir müsbət cəhəti yoxdur. Sıfırdan zəngin olan insanlar isə inanılmaz dərəcədə ağıllı və çox bacarıqlı olur. Unutmayın ki, zəhmətsiz əldə edilən var-dövlət  tez itirilir. Anadangəlmə zəngin insanlar da belədir. Onlar zəhmətsiz, əziyyətsiz əldə etdikləri hər şeyi çox qısa müddətdə itirirlər. Öz zəhmətləri hesabına zəngin olanlar isə qazandıqlarından asanlıqla imtina etmir.

4. Birincilər hər şeydən əvvəl şirkətin deyil, öz mənfəətlərini üstün  tutur. Öz əziyyətləri hesabına zəngin olanlar isə ilk növbədə şirkətin nüfuzunu düşür. Zəngin atanın uşaqları şirkətdə işlər pis gedəndə nə edəcəyini bilmir, yalnız əlindəkiləri xilas etməyə cəhd edir. Amma alın təri ilə zəngin olan insan sona qədər mübarizə aparır.

5. Atasının hesabına zəngin olan insanlar pulu yalnız özləri üçün xərcləyir, sıfırdan zəngin olan insanlar isə ailələrinin də həyat və yaşayış keyfiyyətini yaxşılaşdırır.

6. Atasının hesabına varlanan özündənrazılar hamıya yuxarıdan aşağı baxdığı halda, ikincilər insanlara statusuna və vəzifəsinə görə dəyər vermir. Çünki onlar keçmişini unutmur, özünü danmır. Öz zəhməti ilə zirvələri fəth edən insanlar kimlə necə rəftar etmək lazım olduğunu yaxşı bilir.

7. Atası hesabına varlananlar ən xırda problemi həll etməyə çətinlik çəkir, sıfırdan zəngin olanlar isə dimdik ayaqda dayanır və sonuna qədər o problemin üstünə gedir. Birinciləri pul güclü etdiyi halda, ikinciləri pullu edən gücləridir.

8. Var-dövlət içində böyüyən insanlar pulun qiymətini bilmir, amma sıfırdan zəngin olan insan pulu çətinliklə qazanıldığı üçün onu necə gəldi xərcləmir. Sıfırdan qazanan insan xəsis deyil, amma pulunu səmərəli xərcləməyə üstünlük verir. Birincilər kimi pulunu zibilə atmırlar…

9. Atası sayəsində zəngin olanlar yeməsə də, süfrəsinin nemətlərlə dolu  olmasını tələb edir. Sonradan zəngin olan insan isə bir smitlə də doya bilir. Anadangəlmə zəngin olan insanın qarnını pul doyurur. Sıfırdan zəngin olan insanın qarnını isə uğur doyurur!

10. Atadan zəngin olan insanlar pulu nümayiş obyekti kimi istifadə edir. Onlar pulu ilə, varlı olması ilə gərəksiz yerə öyünməyi sevir. Öz əziyyəti hesabına zəngin olan insan isə pula vasitə kimi baxır. Hətta onlara zəngin olduğunu dedikdə utanıb sıxılırlar.

11. Atası hesabına zəngin olanlar bölüşməyi sevmir, ancaq sıfırdan zəngin olan insanlar ehtiyacı olanlara böyük məmnuniyyətlə yardım edir.

12. Məşhur meyxanada da deyildi kimi “Papanın gül balaları” işini böyütmək haqqında fikirləşmir, zəhmətkeş insan isə daim axtarışdadır. Onlar hər dəqiqə uğurlu investisiyalar yatırmaq və daha çox qazanmağın yolları barədə düşünür.

13. Atası hesabına zəngin olanlar hər şeyin ən yaxşısına, ən bahalısına sahib olmağa can atır, sıfırdan zəngin olan insanlar üçün bu amil o qədər də əhəmiyyət kəsb etmir. Onlar zənginliyi lüks həyat tərzində görmür. Onların ən bahalı mülkiyyəti intellektləridir.

14. Atası hesabına varlı olanlar az məbləğlə qane olmur, ikincilər isə hətta qəpiklərinin belə qədrini bilir, onları dəyərləndirirlər.

15. Atası zəngin olan insanları iqtisadi böhran həyəcanlandırır, qorxuya salır. Sıfırdan zəngin olanlar isə böhrandan çıxmaq yolunu bilirlər. Öz ağlı, qabiliyyəti və zəhməti hesabına varlananlar yaxşı bilir ki, iş dünyasında hər şey baş verə bilər. Əgər onlar iqtisadi böhrandan ən az zərərlə çıxa bilirsə, deməli, həqiqətən qeyri-adi zəkaya malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir