İlin bütün aylarında toy etmək mümkündür, ancaq toy üçün ideal görünən aylarda var. İnsanların xaraketindən və istəklərindən asılı olaraq aylar müəyyən oluna bilər. Əlbətdəki buna bütün ailələri aid etmək olmaz. Toy etmək üçün ilin bütün aylarına nəzər yetirək. Toy üçün ən münasib aylar hansıdır və hansı aylarda evlilik o qədər də məsləhətli deyil? Beləliklə başlayaq ilin əvvəlindən.
Yanvar . Bu ayda evlənmək və ya ərə getmək o məsləhət deyil. İnanca və toy əlamətlərinə görə yanvar ayında toy erkən dulluğa aparır.
Fevral. Soyuq və şaxtalı olmasına baxmayaraq bu ay evlilik üçün münasib ay hesab olunur. Həmçinin bu zaman ailədə əmin-amanlıq, inam olacağı inancı var.
Mart. Bu ay adətən insanların həyatında, xüsusilə qızların, dəyişikliklərin müjdəçisi kimi çıxış edir.
Aprel. Yazın ikinci ayı çox dəyişkəndir. Gah isti ilə cəlb edəcək, gah da soyuğun təsirinə məruz qoyacaq. Bu ayda evlənənlərdə isə ailə həyatında və münasibətlərdə bu cür dəyişkən xoşbəxtlik anlarının olması inancı mövcuddur.
May. Tarixən bu ayda evlənmək o qədər də yaxşı əlamət sayılmırdı. Çünki bu tezliklə ailədə xəyanətin olacağı demək imiş. Həmçinin bu ayda çox əziyyət çəkmək də insanlarda formalaşan inanclardan olmuşdur.
İyun. Yay hakimiyyətinin ilk ayı evlilik üçün ideal hesab edilir. Əlamətlərə əsasən iyunda ayında evlənənlərin həyatı da keşməkeşlərdən uzaq olur.
İyul. İyundan fərqli olaraq bu ayda xoşbəxt və acı anların bir-birini əvəzləməsi əlaməti mövcuddur.
Avqust . Ailə həyatı üçün əla zamandır. Deyirlər ki, bu ayda qovuşanlar ömürlük həm dost həm sevgili olacaqlar.
Sentyabr. “Möhkəm ailə həyatı üçün bu ayda evlənmək lazımdır” deyə fikirlər mövcuddur. Xalq əlamətləri ailə həyatının sakit, şən olacağı ilə bağlıdır.
Oktyabr. Bu ayda evlənməyi məsləhət deyil, çünki çətin və ağır ailə həyatının olacağı inancı var.
Noyabr . Evlilik üçün yaxşı ay hesab olunur və ailədə hər zaman bolluq olacağından xəbər verir.
Dekabr. İlin sonuncu ayı da evlilik üçün yaxşı vaxt kimi qəbul edilir. əlamətlərə görə bu ayda evlənənlər ailə həyatının hər keçən il bir-birini daha möhkəm sevəcəklər.
P.S. Bunu bəziləri zarafat, bəziləri tarixin süzgəcindən keçmiş əlamətlər kimi , digər bir qisim isə qeyri-ciddi və hətta mənasız qəbul olacaq. Çünki xoşbəxtlik gətirəcəyi gözlənilən ayda evlənənlərin həyatı müəyyən səbəblərə görə o qədər də xoş keçməyə bilər və ya əksinə. Hər bir işdə uca Allahdan pənah diləməyi unutmayın.